CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı - VİDEO

© Sputnik / Murad OrujovСотрудник дорожной полиции
Сотрудник дорожной полиции - Sputnik Azərbaycan
Abunə olmaq
Polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisə ötən ilin sentyabrın 19-da qeydə alınıb

BAKI, 4 iyun — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntüləri araşdırıb.

Sputnik Azərbaycan-ın Report-a istinadla xəbərinə görə, Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb: "1935-ci il təvəllüdlü (hadisə zamanı 83 yaşı olub), Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Yenə dəhşətli qəza xəbəri aldıq: Ölənlər və yaralılar var

Hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində müvafiq təhqiqat-istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə şikayət və tələblərinin olmadığını bildiriblər.

Qanunvericiliyə uyğun olaraq, toplanmış materiallar üzrə başlanmış cinayət işinə xitam verilib".

Xəbər lenti
0