CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ovuna icazə verilən heyvanların siyahısı açıqlandı

© AFP 2023 / RAIGO PAJULA Охотник, фото из архива
Охотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Ov mövsümünün başlaması istənilən yerdə ov etmək olar demək deyil”

BAKI, 4 iyun — Sputnik. “Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov bu gün keçirilən mətbuat konfransında danışıb.

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı
Ovuna icazə verilən heyvanların siyahısı açıqlandı - Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı

Qeyd edib ki, quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır: “Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, Dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər”, – deyə o əlavə edib.

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova
Ovuna icazə verilən heyvanların siyahısı açıqlandı - Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 01 iyun tarixindən etibarən açıq elan edilib. Lakin ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər: “Vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir. Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl emədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk”.

İ.İbrahimova vurğulayıb ki, qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir: “Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir”.

Xəbər lenti
0