Azərbaycan Milli Elmlər Akademiyasının binası

AMEA üsyan etdi Bizə böhtan atılır

1115
(Yenilənib 14:55 04.06.2019)
Elmlər Akademiyası ittihamları rədd edir, deyilənlərin heç bir əsasının olmadığını bildirir

BAKI, 4 iyun — Sputnik. Akademiyanın İşlər idarəsi qalmaqallı mənzil bölgüsü barədə açıqlama verib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bir neçə gündür ölkənin bəzi xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə yataqxanasında məskunlaşan alimlər üçün nəzərdə tutulmuş yeni tikilidə mənzillərin bölgüsü məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib: "Baxmayaraq ki, mənzil bölgüsünün sosial ədalət prinsiplərinə riayət olunmaqla və tam şəffaflıqla aparılması haqqında akademiya tərəfindən sübut və dəlillərə əsaslanmış açıqlamalar dəfələrlə verilib. Məlumat üçün bir daha qeyd edirik ki, AMEA ilə "Evrostroy-S" MMC arasında Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə müqavilə 14 noyabr 2012-ci il tarixdə bağlanıb. "Evrostroy-S" MMC ilə aparılan çoxsaylı görüşlər, gərgin söhbətlər və nəticədə tərəfimizdən respublika prokurorluğuna edilən müraciət sayəsində hazırkı vaxta qədər "Evrostroy-S" MMC tərəfindən AMEA-ya yataqxana ərazisində inşa edilən binadan 58 mənzil (onlardan 4 mənzil mansard hissəsindən) ayrılıb. "Evrostroy-S" MMC yataqxana ərazisində inşa edilən binalarda boş mənzillər qalmadığını bildirərək sonralar Bakı şəhərinin kənar hissələrindəki yaşayış məntəqələrində və Bakı şəhərinin digər ünvanlarında yeni inşa edilən binalardan da mənzillər ayırıb. Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyir, 36 ailə isə AMEA-da çalışmayanlardır. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Yataqxanada yaşayan 71 AMEA əməkdaşından 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın mənzil almağa hüququ olduğu müəyyən edilib və onlara mənzil ayrılması barədə qərar qəbul olunub. 

"Evrostroy-S" MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq, əsasən elmi dərəcəsi olan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan, elmi dərəcəsi olmayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilib. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixdə keçirilən yığıncaqda mənzil ayrılmış 61 nəfərə mənzillərin sənədləri və açarları təqdim olunub. Bundan sonra Şərifzadə küçəsindən kənarda mənzil ayrılmış əməkdaşlardan 5-i uzaqlığı əsas götürərək verilən mənzillərdən imtina edib. Komissiyanın növbəti iclaslarında isə yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına da, o cümlədən qeydiyyatda olub yaşamayan 1 elmlər doktoruna və AMEA-da 0,5 ştatla işləyən, elmi dərəcəsi olan 5 ailəyə mənzil ayrılıb. "Evrostroy-S" MMC tərəfindən ayrılmış yeni mənzillərin də əməkdaşlara verilməsi davam etdirilir. Müraciətlərin və şikayətlərin çoxluğunu nəzərə alaraq, 2017-ci ilin oktyabrından 2018-ci ilin iyul ayına qədər hər həftənin çərşənbə axşamı komissiya tərəfindən qəbul keçirildi. Müraciət edənlərə ətraflı izahatlar və mənzil almayanlara səbəbləri barədə geniş məlumat verilib. Hazırda şikayət edənlər, yəni mənzillə təmin olunmadıqlarına görə narazı qalanlar aşağıda qeyd edilənlərdir:

- AMEA-da işləyən, yataqxanada yaşadıqları müddətdə adlarına Bakı şəhərində, digər ünvanlarda mənzil olduğuna görə yataqxanada yaşamaq hüququnu itirənlər (11 ailə);

- AMEA-da işləməyən, yataqxanada qeydiyyatı və otağı olan, lakin yataqxanada yaşamayan ailələr (12 ailə);

- AMEA-da 0,5 ştat vahidi ilə işləyən, yataqxanada qeydiyyatı və otağı olan lakin, yataqxanada yaşamayan ailələr (2 ailə);

- AMEA-da işləmiş, mənzil məsələsinə baxılan zaman AMEA-da işləməyən ailələr (21 ailə);

- AMEA-da heç vaxt işləməmiş, yataqxanada yaşayan ailələr (4 ailə);

- Yataqxanada yaşayan, Bakı şəhərində, digər ünvanda yaşayış sahəsinə hüququ olanlar (2 ailə);

- Mənzil ayrılmış, lakin uzaqda yerləşdiyini əsas götürərək mənzildən imtina edənlər (5 ailə);

- AMEA-da 0,5 ştatla işləmiş, hazırda işləməyən, mənzil məsələsi barədə məhkəmədə iddia qaldıran (1 ailə).

Mətbuatda adları qeyd edilən rəhbər işçilər tərəfindən mənzillərin alınması məsələsinə gəlincə, bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə "Evrostroy-S" MMC arasında bağlanmış müqavilənin 2.1.1. bəndində qeyd edilib ki, "Binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyəti və onların satış hüququ (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) "Podratçı"ya məxsusdur".

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Həmin müqavilənin 2.1.3. bəndində qeyd edilib ki, "Podratçı" güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun olaraq əlavə sahə ayırır. Odur ki, AMEA-nın yataqxana məsələsi ilə əlaqəsi olmayan xeyli sayda əməkdaşları, o cümlədən də AMEA-nın bəzi rəhbər işçiləri öz maliyyə vəsaitləri hesabına, alqı-satqı yolu ilə həmin binalardan mənzillər alıblar. Lakin qeyd edilən müqaviləyə əsasən "Evrostroy-S" MMC tərəfindən həmin binalardan AMEA-ya ayrılacaq mənzillərin sayı az nəzərdə tutulduğuna, AMEA rəhbərliyi ilə "Evrostroy-S" MMC arasında gərginlik yarandığına görə AMEA-nın ərizədə adları qeyd edilən rəhbər işçiləri alqı-satqı qaydasında aldıqları mənzilləri bir neçə il qabaq geri qaytarıblar və ödədikləri maliyyə vəsaitini rəsmi olaraq geri alıblar. O vaxtdan mənzillər həmin əməkdaşların adlarından çıxarılıb və hazırda da onların adlarına "Evrostroy-S" MMC tərəfindən inşa edilən binalarda heç bir mənzil yoxdur. AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən yataqxanada boşalan otaqlara AMEA-nın magistrləri və doktorantları təhsil aldıqları müddətə və kirayələrdə yaşayan digər AMEA əməkdaşları isə işlədikləri müddətə, qeydiyyata alınmadan yerləşdirilirlər. Onlarla qanunvericiliyə müvafiq qaydada bir il müddətinə müqavilə bağlanır. Sonda onu bildirmək istəyirik ki, bu məsələlərdə səriştəsi və savadı olmayan insanların fikir söyləyərək ictimaiyyəti çaşdırmaq, mənfi rəy yaratmaq cəhdləri yersizdir və dövlət strukturuna qarşı böhtandan başqa bir şey deyildir.

1115
Məktəbdə qız, arxiv şəkli

Birinci sinfə qəbulla bağlı elektron müraciətlərin sayı açıqlanıb

2
(Yenilənib 14:29 30.07.2021)
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq. Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.

 

BAKI, 30 iyul — Sputnik. İyulun 30-na (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44975 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6522 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 650-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 886-sı Onlayn Alternativ qeydiyyat mərkəzlərində ("WhatsApp"müraciətləri), 4092-si sistemin "Əlaqə" bölməsində, 894-ü isə telefon vasitəsilə cavablandırılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp" müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda məktəbəhazırlıq və birinci sinfə qəbul elektron formada aparılır. 2019-2020-ci tədris ilində 165 minədək uşaq birinci sinfə qəbul edilib. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

Eləcə də oxuyun:

2
Teqlər:
qəbul, I sinif, sinif, birinci, məktəb
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

Azərbaycan hərbçiləri ən yeni nəsil texnikanın istifadəsini öyrənirlər

7
(Yenilənib 13:19 30.07.2021)
Kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

BAKI, 30 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə məruzə olunub ki, təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirilir. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki xüsusiyyətlərini və istifadə qaydalarını öyrənirlər.

  • Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
    © AR Ministry of Defence
  • Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
    © AR Ministry of Defence
  • Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

Eyni zamanda hərbi qulluqçular silah və hərbi texnikanın digər müasir nümunələrini də öyrənir, taktikada və döyüş hazırlığının digər fənlərində öz vərdişlərini təkmilləşdirirlər. Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

Sonda müdafiə naziri hərbi qulluqçuların tank və piyada döyüş maşınlarında yerinə yetirdikləri təlim tapşırıqlarını və atış məşğələlərini izləyib.

Eləcə də oxuyun:

7
Teqlər:
Zakir Həsənov, məşq, hərbçilər, Müdafiə Nazirliyi
Elman Rüstəmov

Elman Rüstəmov: "Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır"

0
(Yenilənib 14:39 30.07.2021)
Rəqəmsal pulların istifadəsi imkanları haqda danışan Elman Rüstəmov bu sahədə dünyada ciddi müzakirələr və eksperimentlərin aparıldığını qeyd edib.

 

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə baş bankir onlayn keçirdiyi mətbuat konfransında danışıb.

"Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır.

AMB rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə haqqında ictimaiyyətə məlumat verəcəyik. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq", - deyə o, qeyd edib.

Elman Rüstəmov bildirib ki, Azərbaycanın investisiya reytinqi tezliklə bərpa olunacaq: "Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurla nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək".

AMB sədri qeyd edib ki, Azərbaycanda nağdsız ödənişlərlə bağlı problem olmasa da, əhali hələ də nağd ödənişə üstünlük verir.

Bundan başqa, baş bankir deyib ki, cəmiyyətdə və mətbuatda hələ də manatın məzənnəsi ilə bağlı müzakirələr gedir.

"Əgər biz tam üzən məzənnə rejimində olsaydıq, manatın möhkəmlənməsi istiqamətində təzyiqlə üzləşə bilərdik", - baş bankir əlavə edib.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, çirkli pulların yuyulması ilə mübarizədə sərtləşmə müşahidə edilir: Ölkə prezidentinin iradəsi ilə çirkli pullarla aparılan mübarizə bankları ehtiyatlı olmağa sövq edir. Əldə olunan nəticələr hələ ki, AMB-ni qane etmir. Bizim görməli olduğumuz işlər çoxdur".

Eləcə də oxuyun:

0
Teqlər:
Elman Rüstəmov, manat, rəqəmsal