CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ATU-da aksiya: Şəhid övladları pulsuz müayinə olundular

© © ATU-nun mətbuat xidmətiATU-da şəhid övladları pulsuz müayinə olunublar
ATU-da şəhid övladları pulsuz müayinə olunublar - Sputnik Azərbaycan
Abunə olmaq
ATU-da şəhid övladlarının pulsuz müayinəsi təşkil olunur

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Tibb Universitetinin klinikalarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü və Ramazan bayramı ilə əlaqədar xeyriyyə aksiyaları davam edir. Sputnik Azərbaycan-a ATU-dan verilən məlumata görə, həmin aksiyaların davamı olaraq Tədris Cərrahiyyə Klinikasında şəhid övladlarının müayinəsi həyata keçirilib.

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni - Sputnik Azərbaycan
Sabiq baş nazir təcili əməliyyat olundu

Klinikanın uşaq cərrahlığı şöbəsinin həkimi Günay Əliyeva bildirir ki, aksiya klinika rəhbərliyinin Müdafiə Nazirliyinə müraciəti əsasında təşkil olunub. Şöbənin cərrahları şəhid övladlarının müayinəsində böyük həvəslə iştirak edirlər. Onun sözlərinə görə, uşaqlar təkcə həkim müayinəsindən deyil, qan analizləri və ultrasəs müayinəsindən də keçəcəklər. Əgər ehtiyac yaranarsa, digər mütəxəssislər tərəfindən konsultasiya aparılacaq. Həkim baxışı və müayinələr zamanı ortaya çıxan problemlər də aradan qaldırılacaq.

Xatırladaq ki, sabah da davam edəcək aksiyada 30-a yaxın şəhid övladının müayinə və müalicədən keçməsi nəzərdə tutulub.

Xəbər lenti
0