CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şad xəbər gəldi: Xınalığa yeni yol çəkilir

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndinə gedən yol
Xınalıq kəndinə gedən yol - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır

BAKI, 24 may — Sputnik. Xınalıq istiqamətində böyük əhəmiyyətə malik yeni avtomobil yolu inşa edilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi uğurla icra olunur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Respublika əhəmiyyətli yol genişləndirilir

Qeyd edilib ki, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur.

Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işlərinə start verilib. Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülür və yeni yol yatağı inşa edilir, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülür, yol profilə salınır. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunur.

Yolun Alpan kəndi ərazisindən keçən hissəsində təqribən 8 km-lik ərazidə artıq sadalanan işlər görülərək iri dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, 2 ədəd suötürücü boru quraşdırılıb. Ümumilikdə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü inşa ediləcək. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğunda olacaq. Artıq tikiləcək 1 dəmir-beton körpünün svayların vurulması işlərinə başlanılıb.

Layihənin növbəti mərhələsində isə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılacaq. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

Avtobus sürücüsü, arxiv şəkli - Sputnik Azərbaycan
Bakıda ağır yol qəzası baş verib – VİDEO

Layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur.

Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Xəbər lenti
0