Yol keçən piyadalar

Ciddi təhlükə var: Özünüzü qoruyun!

271
(Yenilənib 11:04 22.05.2019)
"Piyada qismində yollarda olan hər kəs bilməlidir ki, onu qayda pozarkən, təkcə paytaxtın 40-50 nöqtəsində deyil, ən ucqar qəsəbənin yollarında da DYP əməkdaşı saxlaya bilər"

BAKI, 22 may — Sputnik. "Ölkəmizin küçə və yollarında piyadaların təhlükəsizliyinin təmin edilməsi zərurəti hər zaman aktual olub. Son günlər bu mövzuda müzakirələri, xüsusən də piyada vurulması ilə bağlı qorxunc statistikanı nəzərə alıb piyada təhlükəsizliyinin təmin edilməsi üçün piyadaların şüurunda və dünyagörüşündə "ÖZÜNÜ QORU!" prinsipinin möhkəmləndirilməsi istiqamətində maarifləndirmə, təbliğat və təşviqat işləri aparılmalıdır". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, bu qızıl prinsip hər kəsin həyat tərzinə çevrilməlidir.

"Nəinki bərbad yol şəraitində, hətta yol hərəkətinin ən mükəmməl təşkil edildiyi, əla infrastruktur olan yerdə də özünü qorumayan (məsələn, dəmir arakəsmədən keçib hərəkət hissəsinə çıxan, qırmızı işıqda yolu keçən, qəflətən keçidə daxil olan, qulaqcıqla ətrafdan təcrid edilmiş vəziyyətdə hərəkət hissəsi ilə gedən və s. piyadaların avtomobillə vurulması ehtimalı çox yüksəkdir" - ekspert vuğulayıb.

Ə.Hüseynovun sözlərinə görə, küçə və yolların qaranlıq vaxtı işıqlandırılması təmin edilməlidir: "Əlimdə rəsmi statistika olmasa da, təxmini hesablamalarıma əsasən, yollarda hərəkətliliyin yay vaxtı, təxminən 20%-i, qış vaxtı isə 30-35%-i sutkanın qaranlıq vaxtına düşür. Amma piyada vurulması hadisələrinin, təxminən 50%-i məhz qaranlıq vaxtı baş verir. Bu tərs mütanasibliyin əsas səbəbi qaranlıq küçələrdir".

"Piyada təhlükəsizliyinin ikinci qızıl prinsipi piyadanı sürücü üçün görünən etməkdir. Bunun da ən yaxşı yolu qaranlıq vaxtı yolları işıqlandırmaqdır. Ona görə də təcili olaraq ən ucqar yaşayış məntəqələrində də küçə və yolların tam olaraq işıqlandırılması təmin edilməlidir. Ən azından ilk mərhələdə bütün piyada keçidlərinin işıqlandırılmasına nail olunmalıdır" - hüquqşünas diqqətə çatdırıb.

O əlavə edib ki, bəzi yerlərdə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün səki yoxdur: "Nəinki ucqar kəndlərin, hətta Bakıətrafı kənd və qəsəbələrin, rayon mərkəzlərinin də xeyli küçələrində səki sadəcə olaraq nəzərdə tutulmayıb. Hətta paytaxtın bəzi küçələrində də səki ya yoxdur, ya da hərəkət üçün yararsızdır. Belə olanda piyada yolun hərəkət hissəsi ilə getməyə məcburdur. Bu isə azacıq mürəkkəb hərəkət şəraitində, diqqətsiz və naşı sürücünün məsuliyyətsiz piyada ilə rastlaşdığı hallarda qaçılmaz qəza deməkdir. Ona görə də piyada hərəkəti olan bütün küçə və yollar boyu rahat səkilər salınmalı, yararsız səkilər bərpa olunmalıdır". 

Lənkəran Mərkəzi Rayon Xəstəxanası
© Sputnik / Rahim Murad

Hüseynov qeyd edib ki, piyadalar üçün hərəkətin təşkilində, xüsusən keçidlərin siqnallaşdırılmasında yeni metodlara keçmək lazımdır: "Bunun üçün müvafiq yeniliklər ilk olaraq qanunvericilikdə təsbit edilməli, daha sonra intensiv sürətdə tətbiq edilməlidir. Məsələn, hazırkı qanunvericilikdə nəzərdə tutulan keçidlərin yalnız sağda və solda nişan, asfaltda isə "zebr" kimi tanıdığımız xətlənmə ilə işarələnməsi artıq köhnəlib".

"Təhlükəsizliyə yüksək diqqət yetirilən ölkələrdə keçid nişanının 3 nöqtədə - sağda, solda və yolun üstündə tətbiqi, avtomobillərin sürətini azaltmağa yönələn müxtəlif effektlərin yaradılması, çoxzolaqlı yollardakı keçidlərin hər bir halda svetoforla nizamlanması və s. tətbiq edilir və uğurlu nəticələr də var" - ekspert yazıb.

Onun sözlərinə görə, piyadaların hərəkətinə nəzarət hər yerdə olmalıdır: "Piyada qismində yollarda olan hər kəs bilməlidir ki, onu qayda pozarkən təkcə paytaxtın 40-50 nöqtəsində deyil, ən ucqar qəsəbənin yollarında da DYP əməkdaşı saxlaya bilər. Söhbət total nəzarətdən getmir, bunu təmin etmək də mümkün deyil. Amma təxminən sürücülər barəsində olduğu kimi nəzarət təmin edilməlidir. Sürücü kimi piyada da bilməlidir ki, onun qaydalara zidd hərəkəti hər yerdə qeydə alına bilər. Başqa məqamlara da toxunmaq olar. Amma hesab edirəm ki, ən aktual olanı bunlardır. Göstərilən istiqamətlərdə təxirəsalınmaz işlər görmək lazımdır".

271
Teqlər:
Ərşad Hüseynov, hüquqşünas, ekspert, keçid, avtomobil, sürücü, piyada
Əlaqədar
Bakıda piyadanı öldürüb qaçan sürücü həbs edildi
Piyadanı öldürərək qaçan sürücü həbs edilib - RƏSMİ
Bakıda sərnişin avtobusu piyadanı vurub
Sürücü və piyadalara xəbərdarlıq

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7