CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilarə Kazımova Miri Yusifin klipində yarıçılpaq vəziyyətdə rəqs etdi

© © Фото: Ruslan NabiyevDilarə Kazımova
Dilarə Kazımova - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın əməkdar artisti Miri Yusif solo konserti ərəfəsində iki layihəsini təqdim edib və onlardan birində populyar müğənni qeyri-adi ampluada peyda olub

 

BAKI, 21 may — Sputnik. Azərbaycanın əməkdar artisti Miri Yusif iki yeni layihəsini təqdim edib. Onlardan birinin qəhrəmanı isə müğənninin həmkarı, qaynar rəqslərin ifaçısı Dilarə Kazımovadır.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, üçgünlük solo konsertə hazırlaşarkən məşqlərarası fasilə zamanı yeni mahnılar yazdırmağa və klip çəkdirməyə də vaxt çatdırıb. Bu günlərdə o, iki mahnısına - "Şənbə" və "Uyma"ya çəkdirdiyi yeni kliplərini təqdim edib.

"Uyma" mahnısının klipinin müəllifi rejissor Vüqar İslamzadədir. Klipdə məşhur müğənni Diları Kazımova çəkilib. O, çarxda nəinki avtomobildə Bakı gecələrini dolaşır, həmçinin yarıçılpaq vəziyyətdə "qaynar rəqslər" də ifa edir.

Qeyd edək ki, Dilarə Kazımova özünü ilk dəfə deyil ki, klip aktrisası kimi sınayır. O, iki il əvvəl "Ad günü" hitinin klipində də çəkilib. Miri Yusifin yeni videosunun sonunda səslənən "ardı var" replikası isə ona işarədir ki, bu tarixcə gələcəkdə inkişaf etdiriləcək.

Miri Yusif 7, 8 və 9 iyun tarixlərində Yaşıl Teatrda səhnəyə çıxacaq. Müğənninin konsertlərinin təşkilatçısı SS-production-dır.

Miri Yusif "Dəyirman" qrupunun keçmiş solistidir. Uzun müddət Amerikada yaşayandan sonra vətənə qayıdan müğənni karyerasına solo ilə davam etmək qərarına gəlib və bu, onda kifayət qədər uğurlu alınıb.

Müğənni və aktrisa Dilarə Kazımova isə Milk & Kisses qrupunun keçmiş üzvüdür. O, 2014-cü ildə "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanın təmsil edib.

Xəbər lenti
0