CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro gecə saatlarında da açıq olacaq

© Sputnik / Murad OrujovBakı metropoliteni, arxiv şəkli
Bakı metropoliteni, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa liqasının finalı zamanı metropolitenin iş rejimi dəyişəcək

BAKI, 18 may — Sputnik. Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı Metropolitenindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

В сборочном цехе на заводе Метровагонмаш, где производятся новейшие вагоны метрополитена Москва - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir

Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Qeyd edək ki, may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

Xəbər lenti
0