İş yerində təhlükəsizlik tədbirlərinə əməl olunması

“Onlara süd verilməlidir” Zərərli yerlərdə işləyənlərə hansı güzəştlər var

1775
(Yenilənib 17:34 15.05.2019)
İş yerlərinə görə, işin sağlamlıq üçün təhlükəlilik dərəcəsinə görə işçilərə verilən məhsullar fərqlidir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Rusiyada bundan sonra sağlamlıq üçün təhlükəli olan iş yerlərinin sayı məhdudlaşdırılacaq. Bu barədə bir müddət öncə Rusiyanın Əmək və Əhalinin Müdafiə naziri Maksim Topilin bildirib. O, qeyd edib ki, iş şəraitinin qeyri-adi, təhlükəli olduğu iş yerləri tədricən dövriyyədən çıxarılmalıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda insan sağlamlığı üçün iş yerləri hansılardır və bu şəxslərə nə kimi güzəştlər var?

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanda sağlamlıq üçün zərərli olan iş yerlərinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

"Siyahı 1 və 2 nömrəli olaraq, iki hissəyə ayılıb. Bir nömrəli siyahı daha zərərli iş yerləridir. Bu siyahıda yer alan içlərdə işləyən şəxslər daha tez təqaüdə çıxırlar. İş rejimi də digər iş yerlərindən fərqlənir. Şaxta işləri, yeraltı işlər, tunellərin qazılması, kimyəvi məhsulların istehsal və emal olunduğu sexlər, fabrik və zavodlar insan sağlamlığı üçün zərərli hesab edilən iş yerləridir. Ancaq bütün dünyada bu iş yerlərinin ləğvi istiqamətində işlər görülə bilməz. Çünki bu sahələr önəmli hesab edilən sahələrdir", – deyə Məmmədov bildirib.

O, qeyd edib ki, bu sahədə zərərin minimuma endirilmsəi istiqamətində müəyyən işlər aparıla bilər. Məsələn, Azərbaycanda elə iş yerləri var ki, ilk baxışda insan sağlamlığı üçün təhlükəli deyil. Bura inşaat sahəsini aid etmək olar. Lakin əməyin mühafizəsi qaydalarına riayət edilmədiyi üçün bu iş insan sağlamlığı üçün ən təhlükəli iş yerinə çevrilib.

"Əməyin mühafizəsi qaydaları kobud şəkildə pozulan iş yerləri özü təhlükəli olmasa belə, sonradan insan həyatı üçün təhlükəli iş yerinə çevrilir. Bu sahədə isə ölkədə demək olar ki, heç bir görülmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturu olsa da, səriştəli kadrları yoxdur", – deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" 2004-cü ildə təsdiq edilib. Bura dağ-mədən işləri, yeraltı dağ-mədən işləri, yeraltı üsulla civə filizlərinin çıxarılması, İstismar olunan və tikilməkdə olan karxanalar, açıq dağ-mədən, eləcə də dağ-mədən şaxta səthi işləri və geoloji kəşfiyyat, geoloji kəşfiyyat işləri, qırıntıların işlənməsi və hazırlanması və s. iş yerləri daxil edilib.

Siyahıda işin ağırlığına görə, əlavə məzuniyyət günlərinin sayı da açıqlanıb.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, 2017-ci ildə "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı" və "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları" təsdiq edilib.

"Qərara görə, əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı ərzində 0,5 litr pulsuz süd verilməlidir. Hətta qeyd edilib ki, pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir", – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir.

"Qərarda həmçinin qeyd edilib ki, 0,5 südün əvəzinə işçilərə 500 ml qatıq məhsulları, 150 qram kəsmik, xama, 60 qram yağlılığı 24 faizindən az olmayan pendir verilə bilər. Südün əvəzinə başqa yeyinti məhsulu da verilməməlidir", – deyə hüquqşünas vurğulayıb.

O, həmçinin əlavə edib ki, qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq və bununla yanaşı 2 qram petkin verilməlidir. Petkinin əvəzinə müxtəlif tərəvəzlərdən hazırlanmış salat və ya təmiz mətli 250-300 ml meyvə şirəsi verilməlidir.

"Yəni, iş yerlərinə görə, işin sağlamlıq üçün təhlükəlilik dərəcəsinə görə işçilərə verilən məhsullar fərqlidir. Məsələn, antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilə bilər. Yaxud domna istehsalı, poladəritmə və dəmirəritmə, yayma və boruyayma, yeyinti sənayesi, çörək bişirmə işlərində çalışan işçilərə vitaminli preparatlar verilməlidir", – deyə hüquqşünas vurğulayıb.

1775
Snayper, arxiv şəkli

Ermənistan ordusu mövqelərimizi snayperlərlə atəşə tutub

3
(Yenilənib 10:03 12.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub

BAKI, 12 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

3
Sinem Kobal, arxiv şəkli

Türkiyəli məşhur aktrisadan nümunəvi addım

7
(Yenilənib 08:22 12.08.2020)
Ulduz aktirisa "Hürrem Sultan", "Arka Sokaklar", "Selena", "Gönül işleri", "Yüz yüze" kimi məşhur film və seriallardakı rolları ilə tanınıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Ana olmağa hazırlaşan türkiyəli aktrisa Sinem Kobal doğum günü üçün pərəstişkarlarından yardım istəyib. Sputnik Azərbaycan türk mətbuatına istinadən xəbər verir ki, Kobal hədiyyə yerinə "Xərçəngiz həyat" fonduna yardım edilməsini xahiş edib.

Aktirisa rəsmi "Instagram" səhifəsindən izləyicilərinə çağırış edbi: "14 avqusta – ad günümə az qaldı. Bu il ad günümü qeyd etmək istəmirəm. Ad günümü qeyd etmək yox, xeyriyyə addımı atmaq istəyirəm. Hədiyyələr almaq əvəzinə, xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlarımıza yardım edək, onların kiçik qəlblərini sevindirməyə vəsilə olaq. "Xərçəngsiz həyat" kampaniyamıza başladım. Sevginin gücü ilə, sizin dəstəyinizlə yaxşılaşdıraq, yaxşılaşaq"

Qeyd edək ki, Sinem Kobal məşhur türk aktyoru Kenan İmirzalıoğlunun həyat yoldaşıdır. Ulduz aktirisa "Hürrem Sultan", "Arka Sokaklar", "Selena", "Gönül işleri", "Yüz yüze" kimi məşhur film və seriallardakı rolları ilə tanınıb.

7
İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli

Ekspert: "Dövlət şirkətlərinə qoyulan investisiyaların səmərəliliyi suallar yaradır"

0
(Yenilənib 10:27 12.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq
Fuad İbrahimov: “İnvestisya Holdinqi şəffaflığı təmin edəcək”

Dövlət şirkətləri, elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bəzi dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq müşahidə olunmur və illərdir qoyulan investisiyaların səmərəliliyi suallar yaradır:

“Ümidvaram ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə belə şirkətlərdə şəffaflığın təmin olunması mümkün olacaq. Maliyyə dövriyyəsində şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq. İndiki şəraitdə belə bir holdinqin yaradılması məqsədəuyğundur”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0