Metamfetamin

Azərbaycanlı qadının hərəkəti gömrük əməkdaşlarını təəccübləndirdi

201
(Yenilənib 13:24 17.05.2019)
Metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir

BAKI, 17 may — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istnadla xəbər verir ki, şəxsi yoxlama zamanı xanım vətəndaşın daxili bədən boşluğundan gömrük nəzarətindən gizlədilmiş 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

201