II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir

Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir

31
(Yenilənib 12:43 17.05.2019)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 may - Sputnik. Bakıda 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə keçirilən konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil olunub. 

İmam Hüseyn məscidinin interyeri
© Official web-site of President of Azerbaijan Republic

Tədbirə Baş Nazirin müavini Əli Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Konfransda AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu, Türkiyə Akkreditasiya Qurumu, ABŞ Meriland Universiteti və ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanacaq.

31