Qrunt sularının üzə çıxarılarılması üçün su quyuların qazılması

Ötən əsrlərdə "yaşayan" adam: O, çörəyini yerin yeddi qatından çıxarır

2844
(Yenilənib 15:43 13.05.2019)
"Çox təhlükəlidir, uçqun olur, yuxarıdan hər hansı bir daş aşağı düşəndə 20 metr dərinlikdə 1 tona yaxın çəkisi olur"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Qrunt sularının üzə çıxarılması üçün su quyularının qazılması bəşəriyyətin ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən biridir. Əsrlər keçdikcə bu sahədə texnologiyalar tətbiq edilsə belə, hələ də qazancını əl əməyi ilə 15-20 metr torpağın dərinliklərindən çıxaran insanlar var.

Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev oğlu ilə
© Sputnik / Ilham Mustafa
Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev oğlu ilə

Belə insanlardan olan, Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev qədim kənkan sənətini elə qədimdə olduğu kimi davam etdirir. O, 15-20, hətta 25 metr dərinliyi olan quyunu bel, ling və külüngün köməyilə qazır. Böyük zəhmət bahasına başa gəlsə də, az vəsait hesabına evləri həyat mənbəyi olan su ilə təmin edir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində M.Nurəliyev yaşadığı kənddə su olmadığından su quyularına böyük tələbat olduğunu, bu səbəbdən bir vaxtlar dayısının işlətdiyi kənkan sənətini öyrənərək davam etdirdiyini söyləyib: "Kənddə yay aylarında su, tamamilə çəkilir. Ona görə hər kəs həyətində su quyusu qazdırıb, gündəlik əl-ayaq suyu, mal-qaranı və kiçik əkin sahələrini suvarmağa ondan istifadə edir".

"Ərazidə qrunt sularının öz layları var, əsasən, 15-20 metr dərinlikdə suya çıxır. Bəzi yerlərdə 10 metrdən də su çıxıb. Ən dərin qazdığım isə 25 metr olub ki, onu da suya çıxarıb ev sahibinə təhvil vermişəm" - deyə o bildirib.

M.Nurəliyev qazıntının yalnız soyuq vaxtı - dekabr-aprel ayları aralığında aparıldığını deyib: "Qışda torpağın dərinlikləri və çıxan su isti olduğundan orada işləmək daha rahat olur. Yayda isə yerin altı buz kimi olduğundan, eyni zamanda zəhərli qazlar və tinləşmə səbəbindən işləmək mümkün olmur".

Həmsöhbətimiz kənkan sənətinin göründüyü qədər asan olmadığını vurğulayıb: "Hər adam 20 metr dərinliyə düşərək qazıntı apara bilmir. Çox təhlükəlidir. Uçqun ola bilir. Yuxarıdan hər hansı bir daş aşağı düşəndə 20 metr dərinlikdə 1 tona yaxın çəkisi olur".

Qrunt sularının üzə çıxarılarılması üçün su quyuların qazılması ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən biridir
© Sputnik / Ilham Mustafa
Qrunt sularının üzə çıxarılarılması üçün su quyuların qazılması ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən biridir

"Demək olar, gün ərzində 4-5 kub torpaq çıxarırıq. Bir quyudan çıxardığımız torpaq 7-8 "Kamaz"ın yükü olur. Amma nə edək, biz də övladlarımızı bu işlə saxlayırıq. Gəlib qazıb, metrinə 25-30 manat alaraq ailəmizin çörəkpulunu çıxarırıq" - deyən Nurəliyev qazdığı quyuların hər birini suya çıxardığını və indiyədək 40-a yaxın evi su ilə təmin etdiyini qeyd edib.

2844
Teqlər:
Goranboy, metr, su, quyu, çörək, torpaq, yer
Əlaqədar
Su probleminin həllinə bir neçə milyon ayrıldı
Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün texnika
Abşeronlu fermerlərin su dərdi: "İldə suya 1 milyon manat pul veririk"

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

44
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

44

FHN Akademiyasında kursantlar üçün təlim-məşq keçirilib - VİDEO

12
(Yenilənib 17:15 19.06.2021)
Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

İyunun 18-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili" mövzusunda təlim-məşq keçirilib.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, akademiyanın kursantları üçün keçirilən təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi tərəfindən təşkil olunub. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kursantlara Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatların verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. B.Salayev təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev təlimin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması üçün əhəmiyyətindən danışıb. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinin vacibliyini nəzərə çatdıran idarə rəisi bu cür təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev, həmçinin cari ilin 15 iyununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" barədə məlumat verərək sənədin əhəmiyyətindən danışıb. Bu bəyannamənin iki qardaş ölkə arasında bütün sahələrdə münasibətləri ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinə şərait yaradacağını bildirib.

Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Praktiki hissədə isə "zərərçəkmiş"lərin hündürlükdən təxliyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarış və xilasetmə işləri, nəqliyyat vasitəsində olan "partlayış təhlükəli əşya"nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər şərti əməliyyatlar nümayiş olunub.

Təlimə 35 nəfər canlı qüvvə və 6 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub, xilasetmə alət və avadanlıqlarından istifadə edilib. Həmçinin, təlimdə XRXX-nin kinoloji qrupuna məxsus xüsusi təlim görmüş itlərdən də istifadə edilib.

12

XİN: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır

0
(Yenilənib 18:06 19.06.2021)
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri təşkil edilib.

BAKI, 19 iyun - Sputnik. "Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramovun Antalya görüşləri - Rumıniya XİN başçısı ilə

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

C.Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

İraq XİN başçısı ilə görüş

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüş

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Antalya Diplomatiya forum iyunun 18-dən 20-dək davam edəcək.

0