Пассажиры на одной из станций Бакинского метрополитена, фото из архива

Metrodakı gecikmənin səbəbi bəlli oldu

148
(Yenilənib 10:09 14.05.2019)
“Texniki problem qatarların hərəkətində ləngiməyə səbəb deyil" - “Bakı Metropoliteni” QSC

Nigar Məhərrəm,  Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Bu gün Bakı metrosunda qatarların hərəkətində ləngimə olub. “Bakı Metropoliteni” QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, istiqamət göstəricilərində texniki problem olub:

“Lakin bu texniki problem qatarların hərəkətində ləngiməyə səbəb deyil. Ləngiməyə səbəb sərnişinlərin qapıları tutub saxlaması olub. Bu səbəbdən də arxadakı qatar stansiyaya gec daxil olub”.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 2-4 dəqiqəlik gecikmə qeydə alınıb. Sərnişinlər isə 6-8 dəqiqəlik gecikmənin olduğunu bildirirlər.

148