“Gender bərabərliyi və media adlı konfrans

"Qadınların fikirləri cəmiyyətə az çatdırılır"

19
(Yenilənib 14:41 13.05.2019)
Millət vəkili: "Reklam çarxlarında qadınların ləyaqətlərinin qorunması prioritetdir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. "AŞPA tərəfindən qəbul olunan konvensiyalarda əsas hədəf bütün sahələrdə qadınların bərabər təmsilçiliyini təmin etməkdir. Bundan başqa, reklam çarxlarında kişilərlə yanaşı qadınların ləyaqətlərinin bərabər səviyyədə qorunması məsələsi prioritetdir". 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və Ayrı-seçkiliyə Yol Verilməməsi Komitəsinin üzvü, millət vəkili Sahibə Qafarova Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində, Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə keçirilən "Gender bərabərliyi və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

O, qadınların mediada təmsilçiliyi məsələsinə də toxunub: "Mediada sahibkar qadınların sayı kifayət qədər azdır. Bu isə qadın fikirlərinin cəmiyyətə daha az çatdırılması deməkdir".

19
Teqlər:
qadın, gender, Avropa Şurası, AŞPA
Əlaqədar
Qadın döyüşçülərimizdən üzücü məğlubiyyət
SOS: Azərbaycanda qadınların sayı kəskin azalıb
İnanılmaz görüş: 81 bir yaşlı qadın 104 yaşlı anasını tapdı - FOTO
"Qadınların həyatı ilə bağlı xəbərlərdən şou düzəltmək olmaz"
Пульты дистанционного управления телевизором, фото из архива

MTRŞ: “Space” telekanalının yayımı 3 saat dayandırılacaq

1
(Yenilənib 18:28 04.08.2020)
“Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edilib.

BAKI, 4 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

1
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 226 nəfər COVID-19-a yoluxub

155
(Yenilənib 17:33 04.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

155