İtlər

"Burada 5 nəfər qızıq, hər yerdən it tutub gətirmək imkanımız yoxdur"

1652
(Yenilənib 16:20 10.05.2019)
Nigar Əliyeva: "Heyvanları öldürmək, yaxud da onları susuz, yemsiz, kimsəsiz bir yerə buraxmaq düzgün deyil"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi hazırlanacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, ölkə başçısı İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təsdiqinə dair 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramında bu məsələ nəzərdə tutulub.

Bu nəzarət mexanizmində nələrə diqqət yetirilməli, hansı amillər rəhbər tutulmalıdır? BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyinin rəhbəri Nigar Əliyeva Sputnik Azərbaycan-a açıqlamasıda bu haqda danışıb.

O bildirib ki, bunun üçün ilk növbədə xüsusi saxlanc yerləri yaradılmalı, onların sayları artırılmalıdır: "Çünki heyvanları öldürmək, yaxud da onları susuz, yemsiz, kimsəsiz bir yerə buraxmaq düzgün deyil. Əsas çıxış yolu həmin heyvanların qısırlaşdırılmasıdır".

"Bundan sonra isə heyvanı elə götürüldüyü əraziyə buraxmaq olar. Çünki qısırlaşdırmaqla həm iti sakitləşdirmək, həm də bu heyvanların həddindən artıq çoxalmasının qarşısını almaq mümkün olur" - müsahibimiz vurğulayıb.

N.Əliyeva bu işlərlə məşğul olacaq birliklərin sayının artırılmasının bu sahədə yarana biləcək problemləri önləməyə töhfə verəcəyini qeyd edib: "Bizim kimi birliklərə ciddi dəstək yoxdur. Burada 5 qız çalışırıq, müxtəlif yerlərdən it tutub gətirmək imkanımız məhduddur".

"O səbəbdən yaxşı olardı ki, IDEA kimi təşkilatların sayı artırılsın. Onlar heyvanları qısırlaşdıraraq yenidən yerinə qaytarırlar. Belə işlər dövlət səviyyəsində həyata keçirilsə, bunun üçün xüsusi işçilər olsa, daha çox müsbət nəticə əldə etmək mümkün olar" - o əlavə edib.

Qeyd edək ki, həmsöhbətimizin rəhbəri olduğu sığınacaq Şamaxı yolunda, Pirkəşkül qəsəbəsində yerləşir. Hazırda sığınacaqda 120-dən artıq it var. Lakin onların maddi imkanları məhddudur. Aylıq olaraq 3500 manata yaxın xərcləri çıxır. Təkcə makaron və Sumqayıtdan topdan-pərakəndə qiymətə alınan 50 qəpiklik xüsusi yeməklərə görə ayda 400 manat xərcləməli olurlar.

1652
Teqlər:
küçə, sığınacaq, heyvan, it
Əlaqədar
Bakıda sahibsiz itlərlə mübarizə dayandırılıb
Baş ekspert: "Sahibsiz itləri öldürmək olmaz"
Bakıda sahibsiz heyvanlar üçün "Varfolomey gecəsi": Bu vəhşət kimsəni maraqlandırmır
Sahibsiz itlərin basqını davam edir, 1 rayonda 3 nəfər xəstəxanalıq olub