CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü

Abunə olmaq
Zabit Quliyev mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib

BAKI, 11 may — Sputnik. Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş iki qəhrəman hərbçi anılıb

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanın peşəkar həkim nəzarətində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta-ağır qiymətləndirirlər.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0