CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimşək, leysan, dolu... – Proqnoz açıqlandı

© Sputnik / Shahperi AbbasovaQax rayonuna dolu yağıb
Qax rayonuna dolu yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək

BAKI, 11 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. 

Qəbələyə güclü dolu düşüb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbələyə güclü dolu düşdü - FOTOLAR

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında sabah gün ərzində, əsasən, şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

Xəbər lenti
0