CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrə leysan yağıb

© Sputnik / Ilham AhmadovGüclü leysan nəticəsində Oğuzun bir neçə kəndinə böyük ziyan dəyib
Güclü leysan nəticəsində Oğuzun bir neçə kəndinə böyük ziyan dəyib - Sputnik Azərbaycan
Abunə olmaq
Günorta saatlarından etibarən yağıntının əksər rayonlarda kəsiləcəyi proqnozlaşdırılır

BAKI, 11 may — Sputnik. Bu gün səhər saat 8:00-ə olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, ən çox yağıntı miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, habelə Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.

Yağıntı digər bölgələrdə 1-8 mm olub. Paytaxtın bir sıra qəsəbələrində, o cümlədən Zabratda, Binədə 0,4 mm, Maştağada 1 mm, Bakıda 3 mm yağış qeydə alınıb. Günorta saatlarından etibarən yağıntının əksər rayonlarda kəsiləcəyi proqnozlaşdırılır.

Xəbər lenti
0