Cərrahi əməliyyat, arxiv şəkli

ATU-da mürəkkəb boyun əməliyyatı aparıldı

30
(Yenilənib 19:44 07.05.2019)
Qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkən xəstənin müayinəsi zamanı boynunun 2 tərəfində yırtıqlar aşkarlanıb

BAKI, 8 may — Sputnik. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumat da qeyd olunub ki, universitetin Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun sözlərinə görə, bu mürəkkəb əməliyyat uğurla nəticələnib. 

İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republic

Qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkən xəstənin müayinəsi zamanı boynunun 2 tərəfində yırtıqlar aşkarlanıb.

Neyrocərrahın sözlərinə görə, bu xanım müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasını seçib. Bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: "Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq".

Mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.

30