Təcili tibbi yardım maşını, arxiv şəkli

Ölkədə narkomanların sayı artıb RƏSMİ

74
(Yenilənib 17:57 07.05.2019)
Qadınların bu yola düçar olmasında şəxsi problemləri rol oynayıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. "Hazırda xəstəxanada 300 xəstə var. Onlardan 10-u qadındır. Qadınların bu yola düçar olmasında şəxsi problemləri rol oynayıb. Bu qadınların hamısı subaydır. Onlardan bəziləri vətəndaş nikahında yaşayırlar. Onların arasında qeyri-rəsmi münasibətdə olduqları şəxs tərəfindən bu yola, narkomaniyaya vadar edilənlər də var". 

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Narkoloji Mərkəzin baş həkimi Araz Manuçəri deyib. Onun sözlərinə görə, xəstəxanada olan xəstələrin böyük əksəriyyəti 40 yaşadək olanlardır. Narkomaniyadan əziyyət çəkən belə qadınların yaşı isə 22-35 aralığında dəyişilir: "Bu narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən – heroin, tiryək, kokosdan istifadə ediblər. Onların arasında uzun müddət yatanlar, yəni məcburi müalicədə olanlar da var".

"Son illərdə bu xəstələrin sayında artım olub. Təkcə bir il ərzində təzə qeydiyyata düşənlərin sayında min nəfərə yaxın artım qeydə alınıb. Lakin Ümumdünya Səhiyyə Statistikasına nəzər yetirdikdə görə bilərik ki, Azərbaycanda belə xəstələrin sayı 10 dəfə azdır", – deyə A.Manuçəri əlavə edib.

74