CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana giriş vizalarının rüsum məbləği ölkələrdən asılı olaraq dəyişəcək

© Sputnik / Murad OrujovПользователь сайта ASAN Viza
Пользователь сайта ASAN Viza - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

BAKI, 7 may - Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, qanunun 17-ci maddəsinə yeni bənd əlavə edilib.

Yeni əlavəyə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0