CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə təhsili müəssisələrinə "həyəcan" düyməsi qoyulacaq

© Sputnik / Murad OrujovAzərbaycanın Baş naziri Novruz Məmmədov
Azərbaycanın Baş naziri Novruz Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb

BAKI, 6 may — Sputnik. Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərarda qeyd edilib ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan" düyməsi ilə təmin ediləcək.

Qərara görə, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin "həyəcan" düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulması təmin ediləcək.

Xəbər lenti
0