Fermer Eldar Əmirov

Yerli məmurlar qonşunu qonşu, qohumu qohumla üz-üzə qoyublar - Torpaq davası

5740
(Yenilənib 16:23 04.05.2019)
Apelyasiya və Ali Məhkəmənin qətnamələri kağız üzərində qalıb, icra edilmir

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci ildə apardığı torpaq islahatı zamanı Qaraqoyunlu kəndində pay torpaqları dövlət aktında göstərilən yerdən deyil, başqa-başqa yerlərdən verilib. Nəticədə kənd sakinlərinə sənədsiz torpaq paylanıb ki, bu da sonralar vəzifəli adamların sui-istifadəsinə gətirib çıxarıb - qonşu qonşu ilə, qohum qohumla üz-üzə qalıb.

Kənd sakini Eldar Əmirov həmkəndliləri Qurban Tağıyev, Nizami Quliyev və Vaqif Quliyevlə neçə illərdi torpaq davasında. Davaya səbəb də E.Əmirovun istifadə etdiyi torpağın üç həmkəndlisi tərəfindən ələ keçirilməsidir.

Sənədlər, məhkəmə qətnamələri E.Əmirovun haqlı olduğunu göstərsə də, faktiki olaraq torpağı başqaları əkib-becərir. E.Əmirov dövlət orqanlarına müraciətlər etsə də, haqqını bərpa edə bilmir. Gəncə Apelyasiya və Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamələri də kağız üzərində qalıb, icra edilmir.

Fermer Eldar Əmirov
© Sputnik / Musa Muradli
Fermer Eldar Əmirov

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Eldar Əmirov yerli hakimiyyət orqanlarının ona məxsus olan torpağı qanunsuz olaraq əlindən aldıqlarını bildirir. Şikayətçi ilə söhbət zamanı məlum olur ki, o, hələ islahatdan əvvəl, SSRİ dağılmamışdan, Qorboçovun yenidənqurma siyasəti illərində, yəni 1990-cı ildə kiçik müəssisə yaradaraq ilk dəfə torpaq alıb, müstəqil təsərrüfatçılıqla məşğul olub.

1998-ci ildə dövlətin həyata keçirdiyi torpaq islahatı zamanı ona pay torpağı qanunauyğun olaraq elə həmin kiçik müəssisəyə ayrılmış sahədən verilib. İslahat zamanı pay torpağından artıq qalan torpaqdan isə bələdiyyə ilə icarə müqaviləsi bağlamaqla istifadə edib. Lakin 2015-ci ildə onun istifadəsində olan torpaq bələdiyyə sədrinin göstərişi ilə başqa adamların istifadəsinə verilib.

E.Əmirov bu məsələdə Bərdə rayon Qaraqoyunlu bələdiyyəsinin sədri Nicat Məmmədovu günahlandırır: "Qanunsuz əməllərin başında duran bələdiyyə sədri icarəyə götürüb, istifadə etdiyim torpaq sahəsinin mənə məxsus sənədlərinin olmasına baxmayaraq, əlimdən alıb, qohumlarına verib. Ali Məhkəmənin qüvvəyə minmiş qətnaməsinin mövcudluğuna baxmayaraq, hələ də istifadə etməli olduğum torpağı özümə qaytarmırlar".

Fermer problemini həlli etmək üçün lazım olan bir çox instansiyalara müraciət etsə də, köməklik olmayıb: "Yalnız yalan vədlər verməklə bizi aldadırlar. Ali Məhkəmənin qərarı yerinə yetirilmir. Qaraqoyunlu bələdiyyəsinin sədri Bərdə Rayon İcra Hakimiyyətindən aldığı cürət hesabına qanunsuz əməllərini davam etdirir. Həmin adamlar himayə olunduqları üçün mənim istifadə etməli olduğum torpağı qaytarmırlar".

E.Əmirovun dediyinə görə, dəfələrlə yonca əkilmiş sahəsinə traktor salıb əkdirməklə ona külli miqdarda ziyan vurublar: "Rayon rəhbərliyinin bələdiyyə sədrini müdafiə etdiyinə görə polis, prokurorluq şikayətimizə baxmayıb. Bütün cinayət işləri ört-basdır edilir. Bələdiyyə sədri səlahiyyətlərini aşaraq, 20 nəfərlik ailənin yeganə gəlir yeri olan 9 hektar torpağı əlimizdən almaqla bizi səfalətlə üz-üzə qoyub".

Bərdəli fermer son ümid yeri kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi görür: "Xahiş edirəm ki, Ali Məhkəmənin qərarı ilə olan torpağımızı əsassız olaraq əlimizdən alıb başqa adamlara verdikləri üçün Qaraqoyunlu kənd bələdiyyəsinin sədri Nicat Məmmədov barəsində tədbir görülməsinə göstəriş verilsin. Torpağımızın özümüzə qaytarılmasına köməklik edilsin. Ümidimiz Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyevadır".

Bərdə rayon Qaraqoyunlu Bələdiyyəsinin sədri N.Məmmədov isə, Sputnik Azərbaycan-a açıqlamasında E.Əmirovun iddia etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığını, vətəndaşların pay torpağı qismində şəxsi mülkiyyət olduğunu deyib. Ancaq kimə məxsus olması barədə heç bir məlumat verməyib.

Sədr əlavə olaraq onu da bildirib ki, məhkəmə Eldar Əmirova torpağın verilməsi barədə qərar çıxarsa da, haradan verilməsi konturda dəqiq göstərilməyib: "Ona görə də icraçılar məhkəmə qətnaməsini icra edə bilmirlər".

Məsələ ilə bağlı əməkdaşımız Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimovla da əlaqə saxlayıb. O, Qaraqoyunlu kənd sakini Eldar Əmirovun şikayəti əsasında bələdiyyə sədri Nicat Məmmədovun fəaliyyətinin araşdırıldığını bildirib: "Bir sıra qanun pozuntularının aşkar olunması ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat verilib. Həmçinin sübutlar Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə göndərilib".

Məhkəmə qətnamələrinin yerinə yetirilməsinin icra məmurlarının səlahiyyətinə aid olduğu üçün Eldar Əmirovun iddia etdiyi torpağın onun istifadəsinə qaytarılmasının həmin qurumun işi olduğunu bildirən E.İbrahimov məsələnin qanuni həllini tapacağına ümidvardır.

Biz də ümid edirik ki, bərdəli fermer Eldar Əmirovun torpaq mübahisəsinə ədalətlə baxılacaq və bu davaya son qoyulacaq.

5740
Teqlər:
islahat, kənd, Bərdə, fermer, torpaq
Əlaqədar
Neftlə çirkləndirilmiş torpaqların xəritəsi yaradılacaq
Məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydasına dəyişiklik edilib
Dövlət ehtiyacı üçün yeni torpaq sahələri alınacaq
Tibb işçiləri

Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi

2
(Yenilənib 10:55 12.07.2020)
Rusiyalı həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir

BAKI, 12 iyul — Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi bu gün Azərbaycana koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilində kömək məqsədilə Seçenov adına Birinci Moskva Dövlət Universitetinin həkimlərini göndərib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, həkimlər qrupu Bakıya Azərbaycandakı mürəkkəb epidemioloji durum ilə əlaqədar hökumətin müraciəti ilə uçub.

Həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir. 

Seçenov Universitetinin həkimləri ilə yanaşı, Bakıya Rusiyada yaşayan və işləyən 17 könüllü həkim də gəlir. Onların sırasında Moskva, Odintsovo və Norilskdəki tibbi müəssisələrin işçiləri də var.

Rusiyalı mütəxəssislər respublikada epidemioloji siruasiyanın sabitləşdirilməsi məqsədilə Azərbaycanın tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, ölkənin xüsusi problemli bölgələrində tibbi xidmətin göstərilməsinin təşkilinə yardım edəcək, COVID-19-un ambulator və hospital mərhələlərində müalicəsinə dair təcrübələrini bölüşəcəklər.

 

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Trampdan peyvənd açıqlaması gəldi: “Çox tezliklə...”
Ov tüfəngi, arxiv şəkli

Ata oğlunu güllələyib öldürdü

5
(Yenilənib 10:33 12.07.2020)
Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlunu ov tüfəngi ilə güllələyib

BAKI, 12 iyul — Sputnik. Kürdəmirdə ata oğulu güllələyərək öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Xırdapay kəndində baş verib.

Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

5
Əlaqədar
Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər
Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirildi
Bıçağı təqdim edərək, qətli etiraf etdi...
Qohumlar arasında dava qətllə bitdi: İki qardaş əmilərini balta ilə öldürdülər
Prokurorluq Ucarda balta ilə törədilən qətl barədə açıqlama yaydı