Коровы в частном фермерском хозяйстве

Dövlət xidməti fermerlərə xəbərdarlıq etdi

68
(Yenilənib 15:48 04.05.2019)
İşçilər heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalıdırlar

BAKI, 5 may — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, fermerlərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan DBX –yə istinadla xəbər verir ki, havalar istiləşdikcə heyvanların yaylaqlara aparılması aktuallaşır. Odur ki, heyvanlar yaylaqlara aparılarkən çalışmaq lazımdır ki, onların sağlamlığı pozulmasın və qısa müddətdə təyin olunmuş yerə çatdırılsın, habelə heyvanlar arasında tələfat baş verməsin. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:

-bir yerdən başqa yerə yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardakı heyvanlar köçürülməlidir;

- xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;

- köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli, lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;

- köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;

- xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və s.) heyvanlar yaylağa köçürülə bilməz və onlar baytarlıq mütəxəssislərinin göstərişi ilə kökəltməyə qoyulmaqla çıxdaş edilməlidir;

- köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir;

- köç zamanı sürüdən geri qalan heyvanlar (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınmalıdır;

- köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır;

Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və yaylaq-otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarını itirməsinlər. Heyvanların şose və torpaq yolu ilə aparılması çobanların bacarığından və iş təcrübəsindən xeyli asılıdır.

Heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu müəyyən edilir. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün müəyyən məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa heyvanlarla qarışmasına yol verilməməlidir.

Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.

Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5—2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlaqlı sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5—2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.

Nardaran kəndi
© Sputnik / Irade JELIL

Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşam çağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməlidir. Günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.

Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba) və duzla, ilk baytarlıq yardımı üçün dərman vasitələri ilə təmin edilməlidir.

İşçilər heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalıdırlar. Yolda hər cür təhlükəyə qarşı hazır olmalıdırlar. Təhlükəli yerlərdən (çaylardan, dərələrdən, dağlardan, körpülərdən, qumsal yerlərdən, dağlı-çaylı yerlərdən, kolluqlardan, zəhərli bitkilər olan yerdən, epizootik xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan və s.) keçdikdə bütün ehtiyat tədbirləri görülməlidir.

68

Qaxda məzun ağır yol qəzası törətdi: ölən yaralananlar var

464
(Yenilənib 23:29 15.06.2021)
"Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən və içi sərnişinlə dolu olan "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

BAKI, 15 iyun - Sputnik. Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilinin 17 yaşlı sürücüsü, orta məktəbdən yenicə məzun olmuş Cəfər Cəfərov ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. "Daewoo"dakı digər 3 sərnişinin də məzun olduğu bildirilir.

Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bakıda baş verən yol qəzasında isə yeniyetmə xəsarət alıb

Bu gün Bakının Xətai rayonu ərazisində də xəsarətlə nəticələnən yol qəzası olub.

Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

464
Футболист сборной Португалии Криштиану Роналду.

Ronaldu Avropa çempinatlarında vurduğu qolların sayına görə Platininin rekordunu vurub

9
(Yenilənib 22:33 15.06.2021)
Portuqaliya yığmasının kapitanı Avropa çempionatları tarixində bombardirlər arasında liderliyi ələ alıb.

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çemionatlarının final mərhələlərində vurulan qolların sayına görə Mişel Platininin rekordunu təzələyib.

Çərşənbə axşamı Ronaldu AVRO-2020-bib qrup mərhələsində Budapeştdə keçirilən oyunun 87-ci dəqiqəsində penaltini qola çevirib. Daha sonra o bir qol da vuraraq hesabı 3:0 portuqaliyalıların xeyrinə çatdırıb.

Penaltidən vurulan qol 36 yaşlı hücumçunun AVRO final mərhələlərində vurduğu sayca onuncu qol olub. Beləliklə, Ronaldu 1984-cü ilin Avropa çempionu, hesabında 9 qol olan Fransa yığmasının o vaxtkı oyunçusu Mişel Platinini geridə qoyub.

İndi rekord 11 qoldur.

Portuqaliyalı Avropa çempionatının final mərhələlərində özünün 22-ci oyununa çıxıb.

Xatırladaq ki, Ronaldo daha bir rekorda imza atıb. Belə ki, bu hücumçunun oynadığı sayca beşinci Avropa çempionatıdır. Ronaldu Avropa birinciliklərində 2004-cü ildən meydana çıxır və milli komandanın tərkibində gümüş (2004, Portuqaliya), bürünc (2012, Polşa və Ukrayna) və qızıl (2016, Fransa) medallara sahib olub.

9
Защитник сборной Германии Матс Хуммельс забил гол в свои ворота в матче со сборной Франции на ЕВРО-2020.

AVRO-2020: Fransa yığması alman rəqiblər üzərində qələbə qazandı

0
(Yenilənib 01:38 16.06.2021)
Son Avropa çempionatının finalçısı olan fransızlar AVRO-2020-yə çempionatın ən güclü komandalarından biri üzərində qələbə ilə başladı.

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub. Turun son matçı F qrupunda keçirilib.

Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

"Ölüm qrupu"nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb.

Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

0