Orqan köçürülməsi

"Orqan köçürülməsinə nəzarət gücləndirilməlidir"

35
(Yenilənib 18:02 03.05.2019)
Deputat: "İnsan orqanlarının alveri məsələsi Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun məlumatlarına daxil edilməlidir"

BAKI, 3 may - Sputnik. "Bu yaxınlarda ölkəmizdə "qara transplantoloqlar" yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub. Onlar bir neçə imkanı zəif olan insanları təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

"Halbuki qanunvericiliyə görə böyrək, qaraciyər və digər orqanların transplantasiyası yalnız ailə üzvlərindən aparılmasına icazə verilib. Ona görə də bu sahəyə nəzarəti gücləndirmək lazımdır, belə faktlar hesabata daxil edilməlidir" - deyə deputat bildirib.

O, qeyd edib ki, insan orqanlarının alveri həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır: "Ona görə bu məsələ də Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun məlumatlarına daxil edilməlidir".

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib ki, insan orqanlarının alveri insan alverinin bir növüdür və hər zaman diqqətdə saxlanılır.

35
Teqlər:
deputat, transplantasiya, orqan