CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzü Qibləyə yox, Xəzərə baxan məscid

© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
"Babalarımızdan eşitmişik ki, bu bina Şah İsmayıl Xətainin dövründə tikilib"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi, nə qədər qəribə olsa da, üzü qibləyə deyil, Xəzər dənizinə tərəf tikilib. Ərçivan tarixinin araşdırılması ilə məşğul olan qəsəbə sakini Əsədulla Musayev məscidin inşası haqqında topladığı maraqlı faktları Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində açıqlayıb.

© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Üzü Qibləyə yox, Xəzərə baxan məscid - Sputnik Azərbaycan
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi

O bildirib ki, bu məscidin inşa olunmasında Ərçivan sakinlərinin əməyi çox olub: "Yaxınlıqdakı balaca çaladan qazıb çıxardıqları gildən kərpiclər hazırlayaraq məscidi tikiblər. Məscid XIX əsrə aid maddi-mədəniyyət nümunəsi sayılır. Kənddə isə məscidin XVIII əsrdə tikildiyini deyirlər, mənim araşdırmalarıma əsasən isə XVIII əsrin sonu XIX əsrin əvvəllərində inşa edilib. Məscidin inşasından əvvəl kəndlilər bu ərazidə ibadət edər, hətta ağsaqqallar kəndin mühüm məsələlərini burada müzakirə edərdilər".

Şəriət qanunlarına əsasən, məscidlər üzü qibləyə tikilir. Məhəmməd Hənəfiyyə məscidi isə üzü dənizə tərəf tikilib. Səbəbini Əsədulla Musayev belə izah edib: "Mən möcüzələrə inanan deyiləm. Ağsaqqallardan və köhnə kişilərdən eşitdiyimə görə, bu məscidi tikən zaman təməlinin özü-özünə üzü qibləyə deyil, dənizə tərəf alındığını görüblər, tikintini də bu cür davam etdiriblər".

© Sputnik / Rahim MuradovƏrçivan qəsəbə sakini Əsədulla Musayev
Üzü Qibləyə yox, Xəzərə baxan məscid - Sputnik Azərbaycan
Ərçivan qəsəbə sakini Əsədulla Musayev

Müsahibimizin sözlərinə görə, Ərçivan məscidi də SSRİ-nin ateizm siyasətinin qurbanı olub: "Bütün məscidlər kimi Ərçivan məscidi əvvəlcə bağlanıb, sonra isə anbara çevrilib. Təxminən, 70 il bu bina məscid kimi istifadə olunmayıb. Buranı kənd klubu ediblər, 1980-ci illərdə divarlarına rus klassiklərinin şəkillərini asaraq muzeyə də çeviriblər. Lakin kənd camaatı gizlicə olsa belə, buraya gələrək ibadətlərini davam etdiriblər".

Ə.Musayev onu da deyib ki, təkcə məscid deyil, məscidin axundu da o vaxt Sovetin zülmünə məruz qalıb: "Həm məscidin, həm də kəndin axundu olan Möhsün həmin vaxt Şura hökumətinin nümayəndələrinin kəndə gəldiyini eşidib və onları qarşılamağa çıxıb. Lakin hökumət nümayəndələri axundu öz həyətində güllələyiblər. Kənd camaatı da Molla Möhsünə hörmət əlaməti olaraq onu məscidin qarşısında dəfn edib. Axund Möhsün burada dəfn ediləndən sonra axunda ehtiram olaraq kəndlilər vəfat edən yaxınlarını da onun məzarına yaxın dəfn etməyə başlayıblar".

© Sputnik / Rahim MuradovSovet silahlıları tərəfindən qətlə yetirilən Axund Möhsünün məzarı
Üzü Qibləyə yox, Xəzərə baxan məscid - Sputnik Azərbaycan
Sovet silahlıları tərəfindən qətlə yetirilən Axund Möhsünün məzarı

Məscidin axundu Cahid Sadıqov isə başqa maraqlı faktları açıqlayıb: "Rəhmətlik anam mənə öz başına gələn əhvalatı tez-tez danışardı. Anam 17-18 yaşlarında ikən məscidlə üzbəüz yerləşən poçtda işləməyə başlayıb. Danışırdı ki, "Bir dəfə işdə tək idim, hava da qaralmışdı. Bir də gördüm, məsciddən "Hüseyn vay!" səsləri gəlir. Elə bil məsciddə İmam Hüseynə əzadarlıq edirdilər. Məəttəl qaldım ki, sinə vuranlar kimdir, Məhərrəmlik ayinini necə yerinə yetirə bilərlər?". Təsəvvür edin, Stalinin hakimiyyəti dövrü, din qadağan edilib, məscidin qapıları da bağlı. Axı necə ola bilər ki, oradan əzadarların səsi gəlsin? Anam da qorxusundan işdə bir küncdə qıvrılıb. Poçtun müdiri idarəyə gəlib, anamın qorxudan qıvrıldığını görüb. Anam əhvalatı danışanda müdir onu sakitləşdirmək üçün, "sənə elə gəlib ki, məsciddə mərsiyyə deyiblər" deyib. Lakin anam ölən günə kimi bu əhvalatı mənə danışardı".

O bildirib ki, 1989-cu ildə isə, təxminən, 70 ildən sonra ilk dəfə bu məsciddə Azan səsləndirilib, məscidin fəaliyyəti bərpa olunub: "Kənddə qeybdən gələn qüvvə tərəfindən məscidin üzünün qibləyə deyil, dənizə tərəf tikilməsi versiyası səsləndirilir. Təbii ki, bu bir fərziyyədir. Bura Məhəmməd Hənəfiyyə məscididir. Məhəmməd Hənəfiyyə Həzrəti Əlinin Həsən və Hüseyndən sonra anadan ayrı olan üçüncü oğlu olub. İmam oğlu olduğu üçün məscid onun şərəfinə adlandırılıb. İndi tarixdə necə yazılır, bilmirəm, amma babalarımızdan eşitmişik ki, bu məscid Şah İsmayıl Xətainin dövründə tikilib. Şah İsmayıl şiəliyi yaydığı üçün bu məscidin onun dövründə tikildiyini və Məhəmməd Hənəfiyyə şərəfinə adlandırıldığını da ehtimal etmək olar. Bəziləri isə həmin böyük şəxsiyyətin (Məhəmməd Hənəfiyyənin - red.) burada dəfn olunduğunu zənn edirlər".

© Sputnik / Rahim MuradovMəscidin axundu Cahid Sadıqov
Üzü Qibləyə yox, Xəzərə baxan məscid - Sputnik Azərbaycan
Məscidin axundu Cahid Sadıqov

Ancaq C.Sadıqovun fikrincə, Məhəmməd Hənəfiyyə heç vaxt bu yerlərdə olmayıb: "Bu binanın altında qəbir olmamış olmaz. Çünki bu məscid insanları özünə maqnit kimi cəlb edir. Hətta Rusiyadan da buraya ziyarətə gəlirlər. Boş kərpic insanları bu yerə cəlb edə bilməz. Məşhədə, Kərbəlaya və ya digər ziyarətgahlara niyə gedirik? Çünki orada yatanın ruhu bizi özünə cəlb edir. Bir yerin ziyarətgah olması üçün müəyyən bir müqəddəs şəxsin dəfn edilməsi əsas götürülür. Bir din xadimi kimi ehtimal edirəm ki, burada bir müqəddəs şəxsin, övliyanın məzarı var. Oturduğum otağın həm giriş, həm də ibadət zalına keçən qapıları kiçik ölçülüdür. Adətən məscidlərdə qapılar insan boyundan hündür olur. Müqəddəs insanların dəfn olunduğu ziyarətgahlarda isə qapılar kiçik ölçülü olur. Bu da həmin yerdə dəfn edilən övliyaya ehtiram əlaməti olaraq əyilməsi üçün nəzərdə tutulub".

Cahid Sadıqov məscidin həyətindəki Hüseyniyyə adlı tikilinin yalnız dini ayinlər üçün inşa edildiyini bildirib: "Bu bina məscidin hökmündə deyil. Bura yalnız qadınlar üçün nəzərdə tutulub. Qədimdə də qadınlar buraya toplaşardılar, elə indi də. Hüseyniyyə adlanan bu tikili məscidlə eyni vaxtda tikilsə də, tarixi abidələr siyahısına salınmayıb, bu yaxınlarda salınacaq. Sovet vaxtı isə bu binanı kolxoz idarəsi ediblər".

© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi - Sputnik Azərbaycan
1/15
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi - Sputnik Azərbaycan
2/15

3/15

4/15

5/15

6/15

7/15

8/15

Məscidin axundu Cahid Sadıqov - Sputnik Azərbaycan
9/15
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Ərçivan qəsəbə sakini Əsədulla Musayev - Sputnik Azərbaycan
10/15
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Sovet silahlıları tərəfindən qətlə yetirilən Axund Möhsünün məzarı - Sputnik Azərbaycan
11/15
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
© Sputnik / Rahim MuradovAstaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi
Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi - Sputnik Azərbaycan
12/15

13/15

14/15

15/15

Məscidin fasadına diqqətlə baxdıqda divarının torpaqla təmasda olan hissəsində pəncərə tağlarının üst hissələri görünür. Axund C.Sadıqov bu haqda da öz fikrini bölüşüb: "Zənnimcə, burada övliyanın qəbri olsa belə, qəbir məscidin 1-ci mərtəbəsində olub. Məscidin şimal hissəsi çökəklikdir. Ehtimalıma görə, həmin çökək yerə su dolduğundan kənd camaatı ora torpaq töküblər ki, məscidin birinci mərtəbəsi örtülsə də, özü su altında qalmasın".

Məscidin içərisində taxta sütünlarının hərəsinin üzərində müxtəlif sayda cizgilər var. Axund bu cizgilərin hərəsinin öz sirri olduğunu, lakin bu haqda dəqiq məlumatlı olmadığını qeyd edib: "Bu sirri o vaxt məscidi tikənlər biliblər, indi kimsəyə məlum deyil".

Xəbər lenti
0