Abşeronlu fermerlərin su dərdi: "İldə suya 1 milyon manat pul veririk"

3421
(Yenilənib 14:34 02.05.2019)
  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
  • Xanqulu qış otlaq sahəsində təsərrüfatla məşğul olan fermerlər

Fermerlərin su probleminin həlli həm də dövlət büdcəsinə gəlir gətirə bilər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı hazırlanıb. Proqramın məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Ötən illər ərzində də fermerlerin şəraitini yaxşılaşdırmaq üçün bir sıra qanunverici aktlar qəbul olunub, addımlar atılıb.

Lakin müvafiq proqramlara və məqsədəyönlü siyasətə baxmayaraq, fermerlərin problemləri tükənmir. Məsələn, Abşeron rayonu "Xanqulu" qış otlaq sahəsində təsərrüfatla məşğul olan fermerlərin ən böyük dərdi sudur.

Qeyd edək ki, 1996-cı ilə qədər bu torpaqlar Xaçmaz rayonunun tərkibində olub. Sonradan Abşeron rayonuna verilən ərazilərdə 220-dən çox fermer təsərrüfatı var.

Sahibkar Seyran Kərimovun sözlərinə görə, əvvəllər burada böyük su xətləri olub. 1990-cı illərdən sonra həmin su boruları vətəndaşlar tərəfindən kəsilərək aparılıb.

Ərazi boyu gəzdikcə, kəsilmiş su xətlərinin qazılmış boş yerləri görünür. İllər əvvəl fəaliyyətdə olan nasosxanalar, su stansiyaları sıradan çıxıb.

Sahibkarlar deyir ki, bir gecədə kilometrlərlə su borularını kəsib aparıblar: "Ağır texnikalar işləyirdi burada. İndi su anbarları bərbad günə qalıb. Həmin dövrlərdə heyvanların su içməsi üçün xüsusi yerlər də tikilmişdi. Ancaq istifadə edilmədikcə, həmin yerlər də sıradan çıxdı".

Fermer təsərrüfatı ilə məşğul olan sakinlərin sözlərinə əsasən, indi hamı suyu pulla alır və ayda suya 30000 manata yaxın pul verirlər.

"Yol yaxşı olmadığna görə, bir maşın suyu 70-100 manata satırlar. Elə gün olur ki, suya 250 manat pul veririk. Burada yüzlərlə sahibkar var. Ümumilikdə, ildə hardasa 1 milyon manata yaxın suya pul xərcləyirik" - deyə sahibkar bildirir.

Fermerlər hesab edir ki, əraziyə su çəkilsə, bu, dövlət büdcəsinə də faydalı olar. Onlar maşınla aldıqları suya verdikləri pulu büdcəyə ödəyərlər: "Ayda 30-40000 manat suya pul vermək təsərrüfatın məhv olması deməkdir. Ərazidə böyük su stansiyaları, su xəttləri vardı. Suya verdiyimiz pulun məbləği bizi çox həvəsdən salır. Artıq bəzi fermer təsərrüfatları bu işdən imtina edib. Belə davam edərsə, yəqin imtina edənlərin sayı artacaq".

Məsələyə aydınlıq gətirən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazi Bakı-Şamaxı yolunun 74-cü kilometrliyində yerləşir. Onlara verilən su Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) xətlərindən olub. Həmin əraziyə yaxın "Azərsu" ASC-nin su xətləri mövcud deyil: "Yaxşı olar ki, sahibkarlar Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etsinlər".

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun ərazidə Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi var: "Sadəcə sözügedən ərazi bizim idarənin əhatə dairəsinə aid deyil. Yəni sizin söylədiyiniz yerdə bizim idarəmiz yoxdur. Əgər fermerlər ərazinin su ilə təmin edilməsini istəyirlərsə, yazılı şəkildə bizim quruma müraciət etsinlər. Bizim layihə institutlarımız var. Müraciətdən sonra əraziyə baxış keçirilir və bundan sonra əraziyə suyun verilməsi mümkündürsə, müvafiq tədbirlər görülür. Elə ərazilər var ki, həmin ərazilərə su çatdırmaq mümkün olmur. Vəziyət araşdırıldıqdan sonra sahibkaralara müvafiq cavab verilir".

D.Şərifov əlavə edib ki, sözügedən ərazidə bəzi qış-otlaq sahələri sonradan yaradılıb və həmin ərazilər qurumun idarələrinin ərazilərinə düşmür.

3421
  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
    © Sputnik / Irade JELIL

    Abşeron rayonu Xanqulu qış otlaq sahəsi

  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
    © Sputnik / Irade JELIL

    Abşeron rayonu Xanqulu qış otlaq sahəsi

  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
    © Sputnik / Irade JELIL

    Abşeron rayonu Xanqulu qış otlaq sahəsi

  • Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
    © Sputnik / Irade JELIL

    Abşeron rayonu Xanqulu qış otlaq sahəsi

  • Xanqulu qış otlaq sahəsində təsərrüfatla məşğul olan fermerlər
    © Sputnik / Irade JELIL

    "Xanqulu" qış otlaq sahəsində təsərrüfatla məşğul olan fermerlər

Əlaqədar
Fermerlərə ziyan vuranlar saxlanıldı
“Fermer onu 40 gün yetişdirib, bir il qazancından bəhrələnə bilər”
Canavar nə gəzir: Fermer şikayət edir, İH isə inanmır
Təbiət fermerlərimizə xoşagəlməz sürpriz etdi: Bu dəfə şimal-qərb bölgəsində

İcra başçısının müavinini maşın vurdu

6
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

6

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

397
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

397
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0