Bayram namazı

Azərbaycanda Ramazan təqvimi açıqlandı

429
(Yenilənib 12:38 29.04.2019)
Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür

BAKI, 29 aprel — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Bu barədə Sputnik Azərbaycan-a QMİ-dən məlumat verilib. 

Fətvada deyilir:

"İlahi rəhmət və bərəkət qapılarının açıldığı müqəddəs Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edir, Allah-Təaladan dua və ibadətlərimizin qəbul olunmasını diləyirik.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən "Qurani-Kərim" məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. Qadir Allah "Bəqərə" surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurub: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!"

Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. Bu ibadətin fəzilətindən bəhs edən Peyğəmbər (s) buyurub: "Kim Ramazan ayının orucunu iman edərək və savabını yalnız Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar". Rəsulullahın (s) "kiçiklərinizə mərhəmət və böyüklərinizə hörmət göstərin" tövsiyəsinə əsasən ilk olaraq valideynlərə ehtiram göstərmək, uşaq evlərinə, yaşlılara, ehtiyac sahiblərinə maddi və mənəvi dəstək olmaq, kimsəsizlərin kimsəsi olmaq orucluqda Allah-Təalanın rizasını qazanmaq üçün bir fürsətdir.

Cəhənnəm qapılarının bağlandığı və ilahi məğfirətin bol olduğu Ramazanda "Qurani-Kərim"i oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur".

Fətvada daha sonra bildirilir:

"Qeyd edək ki, QMİ bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, dindarlarımız başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər. 

Din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə öz köməyini əsirgəməyəcək, məhz QMİ tərəfindən tərtib edilən Ramazan təqviminin kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada təbliğinə və yayılmasına nəzarət edəcəklər.

Qazılar Şurası və Elmi-Dini Şura mübarək Ramazan ayı ərzində iftar vaxtından əvvəl ehsan adı ilə açılan süfrələrdə iştirak etməyin böyük günahlardan hesab olunduğunu diqqətə çatdıraraq bildirir ki, belə məclislərdə iştirak edən din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Qazılar Şurası tövsiyə edir ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimizin azadlığı və torpaqlarımzın bölünməzliyi uğrunda canlarından keçən 20 Yanvar, Qarabağ və Aprel şəhidlərinin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin.

İnşallah, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Azərbaycan xalqı və dövləti bu böyük və əziz bayramı hər il yüksək səviyyədə qeyd edir. Dövlətimizin dini dəyərlərə, dindarlara və din xadimlərinə diqqət və qayğısı respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür. Dövlət başçısı tərəfindən əhalinin rifahının daha da yüksəlməsi naminə həyata keçirilən sosial-iqtisadi islahatları və dinimizin təbliğ etdiyi humanizm prinsiplərinə uyğun olaraq azadlıqdan məhrum edilmiş yüzlərlə şəxsin əfv olunması haqqında imzalanan Sərəncamı ölkə dindarları böyük minnətdarlıq və rəğbətlə qarşılayırlar.

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan duaların qəbul olunduğu bir aydır. Bu ayda müstəqil Azərbaycanımızın banisi mərhum Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı, xalqımızın tərəqqisi naminə əzmlə çalışan dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-Təaladan xeyir-dualar diləyirik. Uca Rəbbimizdən arzumuz budur ki, ölkəmizdə və dünyada sülhü, əmin-amanlığı bərqərar eləsin, xalqımıza işıqlı və firavan gələcəyi, gələn Ramazan ayında iftarlarımızı doğma Qarabağımızda qeyd etməyi nəsib eləsin! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayı ilə əlaqədar verilən fətvanın ölkənin bütün məscidlərində və ibadət yerlərində din xadimləri tərəfindən oxunmasını məqsədəuyğun hesab edir".

429
Teqlər:
Qafqaz Müsəlmanları İdarəsi, QMİ, Qazılar Şurası, Ramazan ayı, fətva
Əlaqədar
İlahiyyatçı: “Ramazan ayı boyunca insanlar 11 ayın sədəqəsini verirlər”
QMİ müqəddəs Ramazan ayının təqvimini açıqlayıb
Əli və Nino filmindən fragment

Yazıçı öncəgörənliyi

3
(Yenilənib 21:38 20.09.2021)
Yusif Vəzirin "Gələcək şəhər" hekayəsi barədə bəzi qeydlər: "Kiçik bir hekayədə, 70-80 il sonranın elmi nəaliyyətlərindən də xəbər vermək ustad yazıçımızın yaradıcılığı üçün ciddi faktdır.

BAKI, 20 sentyabr — Sputnik. Tanınmış dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperiyasındakı ilk səfiri, Stalinin Azərbaycanda həyata keçirdiyi qanlı repressiyasının qurbanlarından biri Yusif Vəzir Çəmənzəminli olduqca məhsuldar fəaliyyəti dövründə, romanlar, məqalələr, elmi araşdırmalar, oçerklər, publisistik məqalələr qələmə alıb, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

Sentyabr ayında 56 yaşında vəfat edən Yusif Vəzirin anadan olmasından 134 il ötür. Enişli-yoxuşlu tale yaşayan yazıçı Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən Osmanlı İmperiyasına səfir təyin olunanda cəmi 32 yaşında idi. Ukraynada hüquq təhsili almış, diplomatik fəaliyyət göstərmiş bir ziyalı, Cumhuriyyətin süqutundan sonra Parisdə ağır işlərdə işləməyə məcbur olur, ehtiyac içərisində yaşayır. Və ən ağrılısı istedadına, savadına və bacarığına heyranlıq duyduğu kiçik qardaşını ağır xəstəlikdən itirir, ruh düşkünlüyünə qapılır və Sovet Azərbaycanına qayıdır. Yusif Vəzirin vətəninə qayıtdığı dövrün siyasi mənzərəsi insanı dəhşətə gətirir. Bu dövrün yaradıcı mühitində nə desən var: danosbazlıq, satqınlıq, hiyləgərlik, qəddarlıq və s…

1937-ci ildə Yusif Vəzir Yazıçılar İttifaqından xaric edilir, haqqında böhtanlar yazılır, sərt tənqidlərə məruz qalır. Bütün bunlar repressiya maşınının işə düşdüyünə bariz işarə idi. Həbs ediləcəyini duyan yazıçı əvvəlcə Bağırova, sonra Stalinə müraicət edir və müraciətləri cavabsız qalır. Çarəsizlikdən gözdən uzaqlaşmağa, bir müddət Özbəkistanda, Ürgəncdə işləməklə, prosesdən kənarda qalmağa çalışır. Ancaq Stalinin repressiya maşınından xilas olmaq o qədər də asan deyildi…

***

Bəkir Çobanzadə, Nurməmməd bəy Şahsuvarov, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli və başqalarının ifadələri əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir həbs edilib Bakıya gətirilir. Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan və ürək tutmasından vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə – Stalinin ölümündən sonra Yusif Vəzirə bəraət verilir…

***

Ustad yazıçının adı qalmaqallarda da hallanıb.

Qurban Səid imzasıyla çap olunan, 35-dən çox dilə tərcümə olunan məşhur "Əli və Nino" romanı ətrafında gedən müzakirələr ədəbiyyatsevərlərə tanışdır. "Əli və Nino" romanın müəllifləri arasında illərdi Yusif Vəzirin də adı hallanıb. Hətta həm ölkə xaricində, həm də ölkəmizdə bu romanın qeyd-şərtsiz Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığını düşünən, araşdırmaları ilə bunu sübut etməyə çalışan tədqiqaçılar da var.

***

Şübhəsiz ki, Yusif Vəzirin həyatını, yaradıcılığını kiçik bir yazıda əhatə etmək mümkün deyil. Mən bu məsuliyyəti, bu ağırlığı dərk edirəm. Ona görə də mətləbi çox uzatmamaqda fayda var. Qısa ömründə böyük işlərə imza atan yazıçımızın əsərləri haqqında zaman-zaman yazılar yazsam da, oxuduqca onun yaradıcılığının daha nəhəng olduğunu bütün qəlbimlə hiss edirəm.

***

Bu yazıda böyük yazıçımızın bəzi mənbələrdə Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının ilk nümunəsi hesab olunan, 1933-cü ildə qələmə adlığı "Gələcək şəhər" hekayəsindən danışmaq istəyirəm. Mənə görə bu hekayə Yusif Vəzirin necə əhatəli, bilgili və intellektual yazıçı olduğunu tamamilə isbat edən ciddi faktlardan biridir. Bu hekayə bir növ yazıçı öncəgörənliyidir.

Hekayənin qəhrəmanları Sandro və Həsən Tiflisdən, Kürdəmirə təyyarə ilə gələrkən hava şəraiti ucbatından təyyarə eniş edə bilmir, saatlar sonra isə yazıçının xəyal məhsulu olan fərqli bir dünyaya düşür.

Sandro və Həsənin gəlib çıxdığı şəhərdə binalar modern dizayna malikdir, şəhərin müasir quruluşu, restoranları, restoranlardakı xidməti onları heyrətləndirir. Metro və eskalatorlar, rentgen və daxili orqanları müayinə edən tibbi avadanlıqlar, müasir avtomobil zavodları, görüntülü danışıqlar, qısaldılmış iş saatı, təqaüd yaşı və sosial təminatların təsviri və o dövrün digər yenilikləri, sovet oxucusu üçün inanılmaz və izaholunmaz yenilikdir.

Yusif Vəzirin uzun müddət Fransanın paytaxtı Parisdə yaşamasını nəzərə alsaq, bəzi yeniliklərin öncəgörənlik olmadığı aydın olur. Ancaq kiçik bir hekayədə, 70-80 il sonranın elmi nəaliyyətlərindən də xəbər vermək ustad yazıçımızın yaradıcılığı üçün ciddi faktdır.

Düşünürəm ki, bu hekayədə bəhs olunan elektron lövhələrdə reklamlar, ağıllı işıqforlar, süni yağışlar, görüntülü zənglər, sürücüsüz avtomobillər, insan orqanı implantasiyaları, müasir innovasiyalar, alternativ enerji mənbələri barədə məlumatlar yazıçı öncəgörənliyidir.

Elmi-fantastika həvəskarlarına bu hekayəni mütləq oxumağı tövsiyə edirəm. Əminəm ki, yazıçımızın təxəyyülünün zənginliyi sizləri də təəccübləndirəcək.

Ümumiyyətlə Yusif Vəzirin yaradıcılığı dərindən araşdırılmalıdır.

Eyni zamanda bir vaxtlar "Əli və Nino" müəllifi ilə bağlı polemikalarda iştirak etmiş bir qələm adamı olaraq, bu romanın tədqiqatçılarının gələcəyi son nəticə şəxsən mənim üçün olduqca maraqlıdır.

Bir daha və bir daha Yusif Vəzirin öncəgörənliyi qarşısında təəccübümü və heyrətimi etiraf edirəm.

Ruhun şad olsun, ustad!

Oxunmalı kitab: Qurban Səid, "Əli və Nino"

Nəşriyyat: "Şərq-Qərb"

Janr: Roman

Dili: Azərbaycanca

Səhifə: 208

Ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biri, dünyanın 35-dən artıq dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilmiş bu əsər əksər ölkələrdə hələ də bestsellerdir. Bəzi mənbələr görə, bir çox avropa ölkələrində "Əsrin romanı" kimi dəyərləndirilib.

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Tarixin qanlı və təlatümlü hadisələri fonunda müsəlman Əli və xristian Ninonun məhəbbət hekayəsindən bəhs edilir.

2016-cı ildə rejissor Asif Kapadia, romanın motivləri əsasında "Əli və Nino" filmini çəkib.

Həmçinin oxuyun:

Dövlətin qayğısı, xalqın rifahı, mənim naşükürlüyüm...

3
Teqlər:
yazıçı, Yusif Vəzir Çəmənzəminli
Прогулка

Uzun ömür sürməyin sağlam yaşamağın yolu budur

4
(Yenilənib 21:21 20.09.2021)
Mütəxəssislər: sağlam qalmaq üçün "gündəlik 10 min addım" düşüncəsi sadəcə bir marketinq siyasətidir.

BAKI, 18 sentyabr — Sputnik. Gün ərzində 7 min addım atmaq sağlam və uzunömürlü olmaq üçün çox önəmlidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qənaətə "Massachusetts" universitetinin alimləri gəliblər.

Mütəxəssislər 11 il ərzində 38-50 aralığında olan 2 min 110 nəfər üzərində tədqiqat aparıblar.

Onlar bildiriblər ki, gündə 10 min deyil, 7 min addım atmaq erkən ölüm riskini 66 faiz azaldır.

Alimlər uzun illərdir ki, sağlam qalmaq və uzun ömürlü olmaq üçün "gündəlik 10 min addım" düşüncəsinin sadəcə olaraq bir marketinq siyasətinin - yəni, satışdan daha çox pul qazanılması hədəfinin tərkib hissəsi olduğuna da diqqət çəkiblər.

Onlar bildiriblər ki, hətta bu yolla daha çox pul qazanmaq üçün ötən əsrin 60-cı illərində "10 min addım ölçən" adı verilən bir cihaz da yaradılıb.

Elm adamları son olaraq belə qənaətə gəliblər ki, gündəlik 7 min addım atan şəxslər digərləri ilə müqayisədə daha sağlam və uzunömürlüdürlər.

Həmçinin oxuyun:

Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?

4
Teqlər:
ömür, sağlam, yaşamaq