CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN Sumqayıtda böyük yanğınla bağlı məlumat yaydı

© Sputnik / Murad OrujovСотрудники МЧС Азербайджана на тушении пожара в ТЦ "Диглас"
Сотрудники МЧС Азербайджана на тушении пожара в ТЦ Диглас - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 250 m² sahədə yanıb

BAKI, 26 aprel — Sputnik. Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Nəticədə ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0