Əlillərə verilən avtomobil

Əlilliyi olan şəxslərdən 200 nəfərə mənzil, 160 nəfərə avtomobil verilib

82
(Yenilənib 17:32 25.04.2019)
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı istiqamətlərdə müvafiq işlər aparılır

BAKI, 25 aprel — Sputnik. Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlər 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşları da əhatə edir.

Əmək və Əhalinin Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən olunub. 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ötən dövrdə digər əlilliyi olan şəxslər kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin də gücləndirilməsinə imkan verib.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlilliyi olanlar kimi iki kateqoriya üzrə müəyyən ediliblər.

"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlilliyi olan vətəndaşlar ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara bərabər tutulurlar. Onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanları ilə ölkəmizdə təqaüdlərin və sosial müavinətlərin məbləği cari il aprelin 1-dən orta hesabla 100 faiz artırılıb. "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.

Həmçinin, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlar"dan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü 100 manat müəyyən edilib və həmin təqaüdün aylıq sosial müavinət alanlarla birgə, əmək pensiyası alanlara da verilməsi nəzərdə tutulub.

Aylıq sosial müavinətin məbləği isə I dərəcə əlilliyi olanlar üçün 150 manata, II dərəcə əlilliyi olanlar üçün 130 manata, III dərəcə əlilliyi olanlar üçün 110 manata çatdırılıb. Eləcə də I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi aylıq 50 manat təqaüd təsis edilib.

"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq sosial müavinət də verilir. Bundan əlavə, həm "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar", həm də "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlilliyi olan vətəndaşlardan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Qeyd olunanlarla yanaşı, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə bu günlərdə birdəfəlik maddi yardım da ayrılıb.

82
Teqlər:
avtomobil, mənzil, Çernobl AES, əlil
Əlaqədar
Filmlərə layiq sevgi hekayəsi: Əlilliyi olan cütlük hər şeyə rəğmən xoşbəxtdir
Əlillərə qulluq edənlərə təqaüdün təyini üçün tələb olunan sənədlər bilindi
Əlilliyə görə pensiyaların da elektron təyinatına başlanıb
Tibb işçiləri

Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi

7
(Yenilənib 10:55 12.07.2020)
Rusiyalı həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir

BAKI, 12 iyul — Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi bu gün Azərbaycana koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilində kömək məqsədilə Seçenov adına Birinci Moskva Dövlət Universitetinin həkimlərini göndərib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, həkimlər qrupu Bakıya Azərbaycandakı mürəkkəb epidemioloji durum ilə əlaqədar hökumətin müraciəti ilə uçub.

Həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir. 

Seçenov Universitetinin həkimləri ilə yanaşı, Bakıya Rusiyada yaşayan və işləyən 17 könüllü həkim də gəlir. Onların sırasında Moskva, Odintsovo və Norilskdəki tibbi müəssisələrin işçiləri də var.

Rusiyalı mütəxəssislər respublikada epidemioloji siruasiyanın sabitləşdirilməsi məqsədilə Azərbaycanın tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, ölkənin xüsusi problemli bölgələrində tibbi xidmətin göstərilməsinin təşkilinə yardım edəcək, COVID-19-un ambulator və hospital mərhələlərində müalicəsinə dair təcrübələrini bölüşəcəklər.

 

7
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Trampdan peyvənd açıqlaması gəldi: “Çox tezliklə...”
Ov tüfəngi, arxiv şəkli

Ata oğlunu güllələyib öldürdü

7
(Yenilənib 10:33 12.07.2020)
Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlunu ov tüfəngi ilə güllələyib

BAKI, 12 iyul — Sputnik. Kürdəmirdə ata oğulu güllələyərək öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Xırdapay kəndində baş verib.

Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

7
Əlaqədar
Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər
Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirildi
Bıçağı təqdim edərək, qətli etiraf etdi...
Qohumlar arasında dava qətllə bitdi: İki qardaş əmilərini balta ilə öldürdülər
Prokurorluq Ucarda balta ilə törədilən qətl barədə açıqlama yaydı
ABŞ-da epidemioloji vəziyyət

Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır

0
Amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir

BAKI, 12 iyul — Sputnik. Amerikalı həkim Çad Kriliç deyir ki, əgər hökumətlər və vətəndaşlar lazımi tədbirləri görməsələr, koronavirusa yoluxanların sayı daha da arta bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Deutsche Welle-yə müsahibəsində deyib.

O, hələ may ayında, ABŞ-da məhdudiyyətlərin tədricən qaldırıldığı vaxt yoluxanların sayının artdığına diqqət çəkib. Kriliçə görə, belə meylləri qətiyyən nəzərdən qaçırmaq olmaz və müdafiəni gücləndirmək, insanları testlər və dərmanlarla kifayət qədər təmin etmək lazımdır. 

Həkim eləcə də qeyd edib ki, qripin yayılması fonunda dünyanı infeksiyanın üçüncü dalğası gözləyir.

“Bu, bir növ üç pərdəli pyesə bənzəyir, biz hələ ikinci mərhələdəyik. Sonra üçüncü olacaq”, - Kriliç deyib.

Kriliç bildirir ki, yeni dalğanın başlanğıcı bir neçə amildən asılı olacaq: yəni vaksin tapılacaqmı, yaxud insanlar təhlükəsizlik qaydalarına necə əməl edəcəklər. Bununla yanaşı, amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir.

Bir müddət öncə Bruklin Mərkəzi Xəstəxanasında işləyən rusiyalı həkim-reanimatoloq Yevgeni Pinelis bildirib ki, Amerika səhiyyəsi koronavirus epidemiyasına hazır deyildi. Onun sözlərinə görə, epidemiyanın pik dövründə həkimlərin xəstəliyi təyin etmək üçün test sistemləri yox idi, onlar yalnız əlamətlərə baxıb diaqnoz qoyurdular.

Bu gün isə Rusiya ilk koronavirus vaksininin sınağının bitdiyini elan edib. Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarında iştirak edən könüllülərin hamısının özünü əla hiss etdikləri, iyulun 15-i və 20-də evə yazılacaqları bildirilib.

 

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu
Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?