Ərşad Hüseynov

Ərşad Hüseynov: “Bir azdan hamı gürcü avtomobili sürəcək”

552
(Yenilənib 17:17 24.04.2019)
Onun sözlərinə görə, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur

BAKI, 25 aprel — Sputnik. "Ölkəmizə idxal olunan avtomobillər üçün idxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub. Təxminən, 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: 1. Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması; 2. Yerli avtomobil istehsalının stimullaşdırılması. Hesab edirəm ki, hər iki arqument yanlışdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Nəticədə büdcə itirəcək: "Sadə misal. Tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq. Bununla yanaşı yerli istehsal dediyimiz əslində hazır detallardan yığımdır. Say çox məhduddur. Ən başlıcası isə bu avtomobillər populyar deyil. Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil".

Ə.Hüseynov hesab edir ki, avtomobil idxalı üçün ödənişlərin ciddi artırılmasının səbəbi ölkəmizə avtomobilləşmə prosesini ləngitməkdir. Onun sözlərinə görə, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur. Bu qərarı qəbul edənlər düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək: "Amma maraqlıdır ki, insanlar "alternativ" üsullar tapırlar. Məsələn, yollarımızda Gürcüstan dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək".

552

Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

0
(Yenilənib 14:36 29.11.2020)
Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

Füzuli Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 17-də Ermənistan hərbi qüvvələrindən təmizlənib. 27 il ərzində ermənilərin Füzulini nə hala saldığıını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə "Araz" qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar. Mərkəzdə - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə qəbiristanlıqda muğam ifaçısı Ağabala Abdullayevin sınıdırılmış büstü.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə azərbaycanlıların qəbiristanlığı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə ağacda çəkmələr.

  • © Sputnik / Aleksey Kudenko

    Füzuli bulağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil.

  • © Sputnik / Алексей Куденко

    Azərbaycan polisi "Araz" qəzetinin redaksiyası olan dağılmış binanın yanında.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış bina.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə yolda Azərbaycan polisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış yanğından mühafizə bölməsinin binası.

COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Dünyaya təəccüblənirdik, özümüz milyonu keçmişik: bu gün 38 nəfəri itirdik

8
İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

8
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər