ATU-də 6 barmaqlı uşağa olunan əməliyyat

ATU-da xüsusi əməliyyat: Körpənin barmağı kəsildi

69
(Yenilənib 18:24 24.04.2019)
6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkib

BAKI, 24 aprel — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında altı barmaqlı uşaq əməliyyat olunub.

ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədov icra edib. Həkim sözlərinə görə, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş: “Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.

Cərrah V. Məhəmmədov qeyd edib ki, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinir. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.

69