CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili işlər orqanlarında yeni təyinatlar olub - SİYAHI

© Sputnik / Murad OrujovПолицейский в Баку, фото из архива
Полицейский в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğluna yeni vəzifə verildi

BAKI, 23 aprel — Sputnik. Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayev və İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.

Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Usubov Bakıda polis rəisini işdən çıxardıb

Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.

Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib.

Bundan əlavə, polis polkovniki Fuad Məmmədli Daxili İşlər Nazirliyinin Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. F.Məmmədli bundan əvvəl müxtəlif vaxtlarda Quba və Salyan RPŞ-nin rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Xəbər lenti
0