Balıq, arxiv şəkli

Neftçalada 10 min manatlıq balıq oğurlanıb

105
(Yenilənib 15:15 22.04.2019)
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 22 aprel — Sputnik. Neftçala Rayon Polis Şöbəsinə (NRPŞ) rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

105