Uşaqlı qadın

Kimsəsiz halda tapılan azyaşlıların anası "peyda oldu", hətta tələbi var

77
(Yenilənib 14:10 22.04.2019)
"Qadının çox böyük iddiaları var, Keşlə qəsəbəsində evi olsa da, ona şərait yaradılmasını tələb edir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Uşaqlar Birliyinin (AUB) "qaynar xətt"inə 3 azyaşlının küçədə kimsəsiz qalması ilə bağlı məlumat daxil olmuşdu. Birliyin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında artıq bir neçə gündür sığınacaqda saxlanılan uşaqların vəziyyət ilə bağlı məlumat verib.

"Uşaqların anası 2 gün öncə icra hakimiyyətinin əməkdaşları ilə birgə sığınacağa gətirildi. Ana övladlarına sahib çıxmaq istəyir" - Ağazadə bildirib.

Ananın sığınacaqdakı vəziyyətlə tanış olduğunu deyən sədr bəzi nüanslara da toxunub: "Qadının çox böyük iddiaları var. Onun Keşlə qəsəbəsində evi olsa da, deyir ki, "mənə şərait yaradılsın"".

"Biz isə bildirdik ki, uşaqlar burada qaldığı müddətdə onlara xərcləyəcəyin vəsaiti, zəhmət çək, təmizlik işlərinə, evin şəraitinin yaxşılaşdırılmasına sərf et. Qeyd etdik ki, bundan sonra, yəqin, qərar verilər və uşaqlar sənə geri qaytarılar" - AUB rəhbəri vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə Keşlə qəsəbəsində kimsəsiz halda tapılan azyaşlılardan 2-si qız, 1-i isə oğlandır.

77
Teqlər:
Kəmalə Ağazadə, sığınacaq, ana, uşaq, qadın
Əlaqədar
"Uşaq evində böyüdüm, yataqxanada yaşayıram, qocalar evində öləcəyəm..."
Bakıda dəhşətli olay: Uşağın üzünü it gəmirdi - FOTO
Ağır yaralanan 4 yaşlı uşağın durumu haqda son məlumat açıqlandı