İdarədə müzakirə

Tarix bəlli oldu: 73 vəzifə uğrunda 360 nəfər mübarizə aparacaq

49
(Yenilənib 14:59 19.04.2019)
Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir

BAKI, 19 aprel — Sputnik. 9 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 360 namizədlə 505 müsahibənin keçirilməsi nəzərdə tutulur.

Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi, İnzibati-təsərrüfat sektorunda aparıcı məsləhətçi – proqramçı (1 vakant yer üzrə 95 namizəd) və Gəncə Şəhəri üzrə Maliyyə İdarəsi, Xəzinə əməliyyatları sektorunda məsləhətçi - proqramçı-mühəndis (1 vakant yer üzrə 32 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 27 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 25 aprel – 24 may 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, şəxsi kabinetə daxil olmaqla müraciət formasında olan "İMTİNA" düyməsini sıxmaq lazımdır. Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

49
Teqlər:
namizəd, imtahan, müsahibə, vəzifə, dövlət qulluğu
Əlaqədar
Dövlət qulluqçularının maaşı artırılıb - SƏRƏNCAM
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
Dövlət qulluğunda çalışmaq istəyənlərin nəzərinə!
İmtahan, arxiv şəkli

İyulun 20-dən sonra buraxılış qəbul imtahanları keçiriləcək

4
(Yenilənib 11:01 14.07.2020)
İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

BAKI, 14 iyul – Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.

DİM-dən Sputnik Azərbaycan-ya verilən məlumata görə, imtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən son bir ayda ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında Operativ Qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və Operativ Qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib. 

Bundan sonra Mərkəz tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsil bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilib. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86385 nəfər iştirak edib. 

İyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən Qərargaha müraciət olunmuş və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunmuşdur. İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilmişdir. Beləliklə, 1 ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak etmişdir. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86385 nəfər) nəticələri artıq elan olunmuşdur. Bundan əlavə 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29426 nəfər) da nəticələri elan olunmuşdur. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcəkdir.

Qeyd etmək istərdik ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Məlumat üçün bildiririk ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Nəzərinizə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Belə ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

Daha sonrakı həftələrdə isə sanitar epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73000 abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İndiki şəraitdə bizim əsas məqsədimiz koronavirusla mübarizə əlehinə görülən tədbirlərə dəstək olmaq və ictimai sağlamlığın qorunub saxlanılmasına töhfə verməkdir. Abituriyentlərin və onların valideynlərinin, eləcə də müəllimlərin narahatlığı başa düşüləndir. Lakin hər bir şəxs bu həssas məqamda səbir nümayiş etdirməli, təşvişə düşməməli və adi qaydada öz imtahanlarına hazırlaşmalıdır. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, abituriyentlərin tam təhlükəsiz şəraitdə imtahan verməsi təmin olunacaqdır.

4
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

4
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
ABŞ bayrağı, arxiv şəkli

ABŞ Azərbaycan–Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi

0
(Yenilənib 10:55 14.07.2020)
ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə substantiv danışıqlara başlamaq çağırışlarına qoşulur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş zorakılığı qəti şəkildə pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, mövcud birbaşa əlaqələrdən istifadə etməyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequs bildirilib.

Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır: "Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə substantiv danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir".

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

0