Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

390
(Yenilənib 12:35 18.04.2019)
"Sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik"

BAKI, 18 aprel — Sputnik. "Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir. Bildirilir ki, həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

"Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik" - deyə DİN vurğulayır.

Məlumat üçün bir daha xatırladılır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri 2 ildən artıqdır ki, fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", "Instagram ", "Twitter" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

"Facebook"

"Instagram"

"Youtube"

"Twitter"

390
Teqlər:
profil, saxta, Daxili İşlər Nazirliyi, DİN
Əlaqədar
Daxili İşlər Nazirliyindən vətəndaşlara çağırış
Daxili İşlər Nazirliyi Qəbələdə əməliyyat keçirib, saxlanılanlar var
Daxili İşlər Nazirliyinin xanım əməkdaşları təbrik edilib
Daxili İşlər Nazirliyində yeni təyinat