Hakim çəkici, arxiv şəkli

Prezident qanunu pozan hakimi işdən çıxardı

251
(Yenilənib 16:23 17.04.2019)
İlyas Mahmudov qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozub

BAKI, 17 aprel — Sputnik. Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

251