Kəmaləddin Heydərov

Kəmaləddin Heydərovdan mühüm açıqlama

322
(Yenilənib 20:04 16.04.2019)
İstismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı açıqlanıb

BAKI, 16 aprel — Sputnik. "Hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir".

Sputnik Azərbaycan ONA-ya istinadən xəbər veri ki, bunu "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanın icrası ilə bağlı görülmüş işlər barədə növbəti müşavirədə çıxışı zamanı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir qeyd edib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib.

322
Teqlər:
yaşayış, bina, istismar
Əlaqədar
Bakıda yanğın olub, bir nəfər özünü binadan atıb
Əli Əhmədov yanan yataqxana binası sakinləri ilə bağlı göstəriş verdi
"Qaçqınkom" yanan bina ilə bağlı daha bir məlumat yaydı