CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milyonlar arasında “seçilmişlər”: Onların həyatı tükdən asılıdır

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidHemofiliyalı xəstələr üçün donor plazma paketləri, arxiv şəkli
Hemofiliyalı xəstələr üçün donor plazma paketləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təxminən 40 ildir ki hemofiliya xəstəliyindən əziyyət çəkən Nürəddin Abdullayev bu xəstəliyin qohum nikahından yaranması ilə razılaşmır

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 11 aprel — Sputnik. Son vaxtlar Azərbaycanda hemofiliyalı xəstələrlə bağlı müraciətlərin artması gözə çarpır. Rəsmi statistikalara görə hazırda ölkəmizdə belə xəstələrin sayı 1633-dür.

Bu xəstəlikdən əziyyət çəkən şəxslər hansı problemlərlə qarşılaşır və riskli vəziyyətin qarşısını almaq üçün hansı addımlar atılır deyə, bir sıra suallara aydınlıq gətirməyə çalışdıq. Həmsöhbətimiz Nürəddin Abdullayev də Azərbaycanda 1633 hemofiliyalı xəstədən biridir. 1979-cu il təvəllüdlü Nürəddin Abdullayev həm də Hemofiliyalı Xəstələr Assosasiyasında sosial məsələlər üzrə kordinatordur. Sputnik Azərbaycan onunla olan müsahibəni təqdim edir:

© Sputnik / Nigar IskanderovaNürəddin Abdullayev
Milyonlar arasında “seçilmişlər”: Onların həyatı tükdən asılıdır - Sputnik Azərbaycan
Nürəddin Abdullayev

- Bu xəstəlik sizdə nə zaman aşkarlandı?

- Yaş yarımlıq ikən əlimi kəsmişdim, axan qan dayanmırdı. Məni öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına apardılar. Bakıya gəldikdə isə hemofiliya xəstəsi olduğum aşkarlandı. 14 yaşında isə aldığım kiçik zədə ayağımda qansızmaya səbəb oldu. O qədər qan sızmışdı ki, ayağım bu zərbədən partlayırdı. Bu səbəbdən də 1998-ci ilədək – düz 4 il həyatımı əlil arabasına təhkim olunmuş şəkildə yaşadım. Həm də o illərdə dərman preparatları da yox idi. Nə edəcəyimizi bilmirdik. Mənim təcili əməliyyata ehtiyacım var idi. Assosasiyamız fəaliyyətə başladığı ilk ildə Moskvada əməliyyat olundum. Düşünürəm ki, əlil arabasından qurtularaq əsa ilə gəzmək böyük xoşbəxtlikdir.

- Deyirlər ki, bir çox qan xəstəliklərinin yaranmasında qohumluq faktorunun mühüm rolu var...

- Deməzdim ki bu xəstəliyin yaranmasında qohumluq amilinin bir o qədər də mühüm rolu var. Düzdür, valideynlərim əmi qızı, əmi oğludur. Lakin bu xəstəlik övladlardan tək məndə aşkarlanıb. Həm də bu xəstəliyin sırf qohum nikahından yaranması ilə barışmamağımın digər səbəbi də var. Özüm də qohumumla ailə həyatı qurmuşam. Buna baxmayaraq övladlarımız tamamilə sağlamdır.

- Bəs hemofiliyalı xəstələrin əksərində, təxminən 90 faizində hepatit C xəstəliyinin olmasının səbəbi nədir?

- 2005-ci ildən öncə istifadə edilən antihemofil plazmalar hepatit C-nin yayılmasına səbəb olmuşdu. O zamanlar həmin antihemofiliya plazmalardan yararlanan hemofiliyalı xəstələrin 90 faizi hepatit C xəstəliyinə yoluxub. Həmin illərdə məndə də hepatit C aşkarlanmışdı. Düzdür, bir müddət müalicə alaraq bu xəstəlikdən tamamilə azad ola bilsəm də, xəstəliyin qaraciyərimə vurduğu zərbə hələ də təsirini göstərir.

© Sputnik / Nigar IskanderovaNürəddin Abdullayev
Milyonlar arasında “seçilmişlər”: Onların həyatı tükdən asılıdır - Sputnik Azərbaycan
Nürəddin Abdullayev

- Belə deyə bilərikmi ki, bu gün daha çox “stajlı" xəstələrdə əlillik problemi aşkarlanır?

- Bəli, bizim dövrümüzdə, yəni 2000-ci ildən daha əvvəlki bir dövrdə hemofiliya xəstəliyi aşkarlanan şəxslər artıq əlillik qazanıb. Lakin bu gün uşaqların əlil olma riski yoxdur. Çünki artıq 2006-cı ildən etibarən belə xəstələr dərmanla təmin olunur.

- Həyatınızın dərmanlardan asılı qalıb?

- Hazırda dərman bizim həyatımız və yatağa təhkim olunmamağımız üçün çox önəmlidir. Biz ağır xəstələr olduğumuz üçün həftə ərzində 3 dəfə iynədən istifadə edirik. Bəli, bizim yaşamağımız ancaq dərmandan asılıdr...

Xəbər lenti
0