Boş ofis, arxiv şəkli

Nazirlik axtaranlar üçün vakansiya elan etdi

47
(Yenilənib 19:52 15.04.2019)
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib

BAKI, 15 aprel — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. 

Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=268&DoKod=208

47