CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda kəndi niyə su basıb – Aydınlıq gətirildi

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə var

BAKI, 15 aprel — Sputnik. "Ötən gün və bu gün bəzi xəbər saytlarında "Şamaxıda bənd uçdu, kəndi su basdı" başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasına görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub".

Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива - Sputnik Azərbaycan
AYDA yolları bağlaya-bağlaya gedir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd edilir ki, baş vermiş hadisənin yolda tikinti aparılamsı ilə heç bir əlaqəsi olmayıb.

Məlumata görə, hazırda Türkiyənin "Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş." şirkəti tərəfindən "Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.

"Magistral avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə var" – deyə bildirilib.

Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib.

Xəbər lenti
0