Bakıda taksi

Taksidə siqaret çəkmək mümkün olmayacaq Fərman imzalandı

205
(Yenilənib 17:26 15.04.2019)
Taksi minik avtomobilində tütün çəkməyin cəriməsinin məbləği 40 manatdan 50 manatadəkdir

BAKI, 15 aprel — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Siqaret çəkmək qadağandır
© Karikatura
Siqaret çəkmək qadağandır

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Qeyd edək ki, bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.

205