Ov tüfəngləri, arxiv şəkli

Əkin sahəsində xeyli silah-sursat tapıldı

47
(Yenilənib 12:13 15.04.2019)
Polis 4 tüfəng, 2 qumbara və xeyli patron tapıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən silah-sursat aşkar edilib.

Nardaran qəsəbəsi
© Sputnik / Irade JELIL

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, əkin sahəsində 1 ədəd “ST. Etienne” markalı tüfəng, 3 ədəd “İJ” markalı tüfəng, 2 ədəd alışqansız “F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

47