CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti dayandırılacaq

© © BNA-nin mətbuat xidmətiM.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib
M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının mərkəzində nəqliyyatın hərəkəti dayandırılacaq

BAKI, 13 aprel — Sputnik. 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş.Bədəlbəyli küçəsinin R.Behbudov və S.Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. 

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə 13.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

BNA müvəqqəti narahatlıq üçün üzr istəyir.

Xəbər lenti
0