Ayna Sultanova parkı

Ayna Sultanova parkında baş verir - FOTOREPORTAJ

4675
(Yenilənib 12:28 13.04.2019)
Hasarlanan ərazidə xeyli ağac var və sakinlər həmin ağacların kəsiləcəyindən narahatdırlar

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 13 aprel — Sputnik. Ayna Sultanova heykəlinin yerləşdiyi parkın hasarlanması son günlər ərazidə yaşayan insanların ciddi narazılığına və təəccübünə səbəb olub. Bəzi iddialara görə, ərazidə hansısa obyektin tikintisinə hazırlıq gedir.

Ayna Sultanova parkı
© Sputnik / Nigar Maharram.
Ayna Sultanova parkı

Sputnik Azərbaycan-ın əməkdaşı vəziyyəti öyrənmək üçün qeyd olunan ünvana yollanıb. Parkın yerləşdiyi böyük bir ərazi hasarlanıb. Qeyd edək ki, hasarlanan ərazidə xeyli ağac var və sakinlər həmin ağacların kəsiləcəyindən narahatdırlar.

Ərazinin hansı səbəbdən hasara alındığını və hansı işlər görüldüyünə aydınlıq gətirmək üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda ərazidəki tikintinin qanuni olduğu vurğulanıb: "Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncama əsasən Binəqədi rayonunda abadlıq-quruculuq tədbirləri davam etdirilir. Ayna Sultanova parkında yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb".

  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
  • Ayna Sultanova parkı
    Ayna Sultanova parkı
    © Sputnik / Nigar Maharram.
1 / 7
© Sputnik / Nigar Maharram.
Ayna Sultanova parkı

"Ərazidə işlərə başlanılıb və yay aylarına qədər həmin parkın istifadəyə verilməsi gözlənilir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ETSN ilə razılaşdırılaraq ərazidə olan ağaclar budanıb, Park hazır olana kimi orada başqa dekorativ ağaclar da əkiləcək. Ərazidə heç bir obyekt tikilir. Ora sakinlərin asudə vaxtının təşkili üçün park kimi nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir" – deyə icra hakimiyyətindən verilən məlumatda bildirilib.

4675