Təhsil Nazirliyi

Təhsil Nazirliyi döyüldüyü deyilən şagirdlə bağlı açıqlama yaydı

274
(Yenilənib 14:20 12.04.2019)
"321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadə evə buraxılıb" - Təhsil Nazirliyi

BAKI, 12 aprel — Sputnik. Xəbər veridiymiz kimi Qaradağ rayonu Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə hadisə baş verib. Nəticədə uşaq xəsarət alıb. Yayılan ilkin məlumatlarda uşağın müəllimtərəfindən döyüldüyü deyilsə də, sonradan bu məlumat da inkar edilib. Qeyd olunub ki, şagird özünü yaxşı hiss etmədiyi üçün yıxılıb. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilən məktəbli ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti də məlumat yayıb.

"321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadə evə buraxılıb. Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək" – deyə nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, ilkin yayılan məlumatda həkimlərin xəsarət alan şagirdə kəllə beyin travması diaqnozu qoyduğu açıqlanmışdı.

274