CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə - Ehtiyatlı olun

© Sputnik / Anar MustafayevRadar xəbərdaredici nişanı, arxiv şəkli
Radar xəbərdaredici nişanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq belə nömrələri də ümumi şəkildə qeydə almaq mümkündür

BAKI, 12 aprel — Sputnik. "Dünən bir nəfər müraciət edib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları "sayıb" və cəmləndikdə 2000 manata yaxın cəriməsi alınır. Son günlər belə məlumatlar tez-tez gəlir".

© Facebook / Ərşad HüseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə - Ehtiyatlı olun - Sputnik Azərbaycan
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, bu yaxınlara qədər DYP-nin mərkəzi məlumat sistemi tranzit və xarici nömrəli avtomobillərlə törədilən qayda pozuntularını avtomatik qeydə almaqda və məlumatı emal etməkdə çətinlik çəkirmiş. İndi problem aradan qalxıb. Artıq belə nömrələri də ümumi şəkildə qeydə almaq mümkündür: "Ona görə də bunu əvvəllər bilib, sui-istifadə edənlər diqqətli olsunlar".

Xəbər lenti
0