Qan analizi, arxiv şəkli

"Ana ölümlərində hemofiliya xəstəliyinin rolu danılmazdır" - Ayaz Hüseynov

64
(Yenilənib 20:00 11.04.2019)
"1-15 yaşlı hemofiliyalı xəstə uşaqlar ümumi xəstələrin 21 faizini təşkil edir"

BAKI, 12 aprel — Sputnik. "Son zamanlar hemofiliyalı xəstələr arasında ölüm halları qeydə alınmayıb. Yəni bu xəstəliyə görə, xəstəxanada yatıb, dərman qəbul edən şəxslər dünyalarını dəyişməyiblər. Adətən leykoz xəstəliyi və qəza zamanı bu cür bədbəxt hadisələr baş verir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sədrinin müavini Ayaz Hüseynov deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə hemofiliyalı 1-5 yaşlı uşaqların sayı 95-dən çoxdur: "Ümumilikdə isə deyə bilərəm ki, 1-15 yaşlı hemofiliyalı xəstə uşaqlar ümumi xəstələrin 21 faizini təşkil edir".

Kiminsə hemofiliya xəstəsi olmasını bilməməsi isə bəzən bədbəxt olaylara da səbəb olur: "Bəzən olur ki, şəxs hemofiliya xəstəsi olduğunu bilmir. Amma etiraf edim ki, ana ölümlərində hemofiliya xəstəliyinin də rolu danılmazdır. Çünki belə olan halda dərhal müdaxilə edilməzsə, xəstə dünyasını dəyişə bilər. Adətən qadının hemofiliya xəstəsi olduğu məlum olduqda doğuş öncəsi onun qanını bir daha yoxlayırıq və lazım olan preparatı doğuş şöbəsinə veririk".

Qeyd edək ki, hemofiliya qanın laxtalanma funksiyasının pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu xəstəlik zamanı güclü qanaxma baş verir.

64

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

3
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

3
“Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova, arxiv şəkli

“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış zərfin içində...

43
Səmra Hüseynova onun şəxsi həyatı ilə maraqlanan, hətta canlı tanış olmaq istəyən izləyicilərinə cavab verib

BAKI, 3 avqust — Sputnik. “Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova sosial şəbəkə istifadəçilərini onların suallarına verdiyi cavablarla şok edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səmra onunla necə tanış olmağın asan yolunu da deyib.

Model Instagram-dakı izləyicilərinin suallarına cavab vermək qərarına gəlib. Sualların çoxu isə onun şəxsi həyatına aid olub. Bir çoxları onunla tanış olmaq arzularını dilə gətiriblər, Səmra isə deyib ki, bunun üçün içində pul olan zərf və yaxud da brilyant hədiyyə eləmək yetər.

Qiz deyib ki, dörd aydır ki, karantin ucbatından pul qazana bilmir.

Səmra Hüseynova on ilə yaxındır ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Uzun müddət xaricdə işləyib.

2019-cu ildə “Miss Azərbaycan” titulunu qazanıb. Hüseynova azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilir.

43
Əlaqədar
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım