Quba-Xınalıq yoluna böyük qaya parçası düşüb, arxiv şəkli

Quba-Xınalıq yolunda fövqəladə vəziyyət: Qaya parçaları dağdan aşağı sürüşür

95
(Yenilənib 16:37 11.04.2019)
Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq

BAKI, 11 aprel — Sputnik. "Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

95

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

8
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

8
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

13
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

13